Qızdırma bədənin müdafiə mexanizmidir. Adətən viruslar və ya bakteriyalar tərəfindən infeksiyaya qarşı baş verir. Orqanizmdə immun sisteminin reaksiyası nəticəsində bədən istiliyinin yüksəldiyini, özünü qızdırma kimi göstərdiyini vurğulayan Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Yeşim Eker Neftçi mövzu barədə danışıb.
Medianews.az xəbər verir ki, Yeşim Eker Neftçi uşaqlarda hərarəti azaltmaq üçün aşağıdakı tövsiyələri verib:
– İlk növbədə ətraf mühitin temperaturu aşağı salınmalıdır.
– Körpənin və uşağın üzərindəki paltarlar yalnız alt paltarı qalana qədər çıxarılmalıdır. Bəzi körpələr və uşaqlar üçün çılpaq qalmaq narahatlığa, ağlamağa və atəşi saxlamaqda çətinlik çəkə bilər. Belə hallarda uşağın üzərində çox nazik pambıq paltar qala bilər.
– Parasetamol və ya ibuprofen tipli dərmanlar bu dərmanlara qarşı allergiyası olmayan uşaqlara çəkilərinə uyğun dozalarda verilə bilər. Salisilatlar uşaqlarda istifadə üçün uyğun deyil.
– Qızdırma salıcı ilə 1 saat ərzində hərarətdə azalma müşahidə olunmazsa, uşaq ilıq duş qəbul etməlidir.
– Qızdırmanı salarkən maye qəbulu çox vacibdir. Buna görə də, uşağın kifayət qədər su içdiyinə əmin olun.
Medianews.az