22 yaşlı türkiyəli aktrisa Hafsanur Sancaktutanın damarlarını kəsərək intihar etdiyi iddia olunub.
“Qafqazinfo” xəbər verir ki, aktrisa xəbərlərə instaqram hesabında reaksiya verib.
O, yazılanların həqiqətə uyğun olmadığını bildirib.
Paylaşdığı fotoda qollarını göstərən Sancaktutan bu sözləri yazıb: “Belə bir foto paylaşmaq məcburiyyətində qaldım. Çox təəssüf edirəm”.





