Şəkidə itkin düşən məktəbli evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıbmış.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 14-də Şəki şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi olan Hacıyev Ramazan Seymur oğlu fərdi müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.