“Bu müddət ərzində 1 milyona yaxın insan məhz test imtahanları ilə keçirilən qəbul imtahanlarının nəticəsində ali təhsil müəssələrində qəbul olub. Bu ali təhsil müəssələrində qəbulun əlçatanlığını və şəffaflığını təmin etmək imkan verən bir üsuldur. Birmənalı şəkildə deyə bilərik ki, ali təhsil müəssələrinə qəbul imtahanları şəffafdır və əlçatandır. Amma biz bunu biliyin ölçü vahidi kimi qəbul edə bilmərik. Qəbul imtanalarında toplanan balı birmənalı şəkildə yüksək təhsil göstərici kimi qəbul etmək olmaz. Çünki test sadəcə seçim üsuludur. Test heç bir halda savad, bilik göstəricisi deyil”.
Bu sözləri Medianews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, ali təhsil müəssələrində test üsülu ilə keçirilən qəbul imtahanları 1992-ci ildən etibarən həyata keçirilir:
“Təbii ki, ali təhsil müəssələrinə qəbul imtahanlarına hal-hazırda şəffaflıq təmin olunub. Amma biz bunu birmənalı şəkildə deyə bilmərik ki, kefiyyətlidir. Mütamadi olaraq istər Azərbaycan, istərsə də dünyada qəbul qaydalarının dəyişməsinə ehtiyac duyulur. Mütləq şəkildə imtahan modelləri müasir çağırışlara uyğunlaşmalıdır.
Nəzərə alsaq ki, Azərbaycanda yeni konsepsiyada ali təhsilin əlçatanlığı daha da təmin olunacaq. Belə ki, ali təhsil müəssələrində qəbul plan yeri hər il artırılır. Biz müqayisə üçün nəzər salsaq görərik ki, 2010-cu ildə ali təhsil müəssələrinə qəbul planı 29 min idisə, hazırda bu rəqəm 51 minin üzərindədir. 2026- ci ilə qədər bu rəqəmin 70 minə çatdırılması planlaşdırılır. Hesab edirəm ki, bu ciddi bir məsələdir. Yəni biz qəbul plan yerini artırıb kefiyyəti aşağı sala bilərik.
Təhsil eksperti qeyd etdi ki, imtahan modelində dəyişiklik edilməlidir:
“Biricisi imtahanın qiymətləri ilə bağlı islahatlar olmalıdır. Mövcud qiymətlər kifayət qədər yüksəkdir. Ali təhsil müəssələrində qəbul imtahanının keçirilməsi 50 manat civarındadır ki, bu da müəyyən qədər əlçatanlığa mənfi təsir göstərə bilər.
Başqa bir amil imtahanların məzmunu ilə bağlı dəyişiklik edilməlidir. Hesab edirəm ki, situasiya tipli test tapşırıqları biliyin düzgün qiymətləndirməsinə imkan vermir. Bundan başqa biz imtahanı daha da sadələşdirməliyik. Ancaq qapalı və açıq suallardan istifadə edilməlidir. Ali təhsil müəssələrində ixtisas seçiminin daha da sayı artırılmalıdır. Özəl ali təhsil müəssələrində keçid balını dəyişməyə ehtiyac var. Dövlət ali təhsil müəssələrində və yaxud da ödənişsiz ixtisaslara məyyən keçid ballar tətbiq edilə bilər. Amma özəl ali təhsil müəssələri öz plan yerlərini dolurması üçün mütləq şəkildə onlara müstəqillik vermək lazımdır. Özəl təhsil müəssələrinin fəaliyyəti müstəqil tənzimlənməlidir. Özəl ali təhsil müəssələrində keçid balını aşağı salınmalıdır ki, hər bir ali təhsil müəssəsi özünün iqtisadi vəziyyətini formalaşdıra bilsin. Çünki test imtahanı kadrı formalaşdıran amil deyil. Hesab edirəm ki, ölkədə ali təhsilli vətəndaşların sayını biz çoxaltmaqda maraqlı olmalıyıq. Özəl ali təhsil müəssələrinin rəqabət aparmasında yardımçı olmalıyıq. Bütün amillər qəbulun bu hissəsində həm test imtahanın məzmununda, həm də ixtisas seçimi mərhələsində seçəcək imtahanların sayı 15- dən, 20 – ə qaldırmağa ehtiyac var. 1-ci turun nəticələri çıxdıqdan sonra ixtisas seçimi bir gün, iki gün sonra olmamalıdır. Qediyyatdan keçib imtinalardan sonra bu həyata keçirilməlidir ki, hər bir ali təhsil müəssəsi öz plan yerini doldura bilsin”.
Xəyalə Rəis
Medianews.az