Cümə axşamı, 9 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Qaçqınlardan şəhər davranışı gözləmək düzgün deyil”

TURAN
16/01/2023 23:54
1.8k
BAXIŞ
FacebookTwitterTelegram

Xəbər verdiyimiz kimi, aktyor Bəhram Bağırzadə regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa, urbanizasiya prosesini keçə bilməməkdə ittiham edib. Onun bu fikirləri sosial şəbəkədə ciddi qınaq və müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Bəhram Bağırzadənin bu fikirləri rayon adamlarını alçaltmaq mənasında dediyinə inanmadığını bildirib:

“O bir çox səhnələrində əyalət insanlarını canlandırıb. İnsanları bu davranışına görə qınamaq olmaz. Əvvəllər şəhər əhalisi çox deyildi. İnsanlar şəhərə az-az gəlirdi və təbii ki, cəmiyyətə adaptasiya olurdu. Onu da deyim ki, şəhərlə kənd arasında elə də fərq yoxdur. Ola bilsin ki, şəhər insanları yaşadığı mühitə uyğun olaraq davranışlarında bir az başqa cür olurlar. Kənd insanları isə daha sərbəst, sadə, səmimi, bir az da açıqsözlü olurlar. Onlar əslində gəlib şəhər mühitinə çox gözəl də uyğunlaşır. Mən bu cəhətdən problem görmürəm. Sadəcə olaraq, bizim 20 % torpağımız işğal olundu. Bir milyona yaxın insan qaçqın düşdü. Onların çox hissəsi gəlib Bakıya, Sumqayıta yerləşdi. Bundan başqa Qərbi Azərbaycandan da xeyli insan Bakıya gəldi. Onlardan özlərini şəhər əhalisi kimi aparmalarını gözləmək düzgün olmazdı. Çünki həmin insanların nə şəraiti vardı, nə imkanları. Onları nə teatr, nə kitab düşündürürdü”.

R.Nurullayevin sözlərinə görə, iş, çörək, oxumaq niyyəti ilə də rayonlardan xeyli insan Bakıya gəlib:

“Belə bir axın zamanı adaptasiyadan danışmaq mümkün deyildi. Ona görə də mən bu söhbətləri yersiz hesab edirəm”.

Millət vəkil Razi Nurullayev bildirib ki, Bakı əslində 1,5 milyon əhali üçün nəzərdə tutulub:

“Amma Bakıda bəlkə də 3,5 milyona yaxın insan var. Burda şəhər və kənd mədəniyyətini problemə çevirmək olmaz. Heç kim Bakıda gəlib kirayə qalmaq, marşrutlarda saatlarla gözləyib, yarı ac, yarı tox dolanmaq istəməz. Onlar üçün kənddə yaşamaq daha rahat olardı. Amma kənddə həyat, iş varmı? Buna görə onları qınamaq olmaz. Bu, onların məcburi seçimidir. Onlara böyük hörmət və izzətlə yanaşmaq lazımdır. Onun dedikləri yersizdir. Bəhramın özü də Bakının kəndlərindən birindəndir. Amma yenə də inanmıram ki, Bəhram Bağırzadə bunu rayon, kənd adamlarını təhqir etmək baxımından deyib. Bu baxımdan insanlarımızı onun fikirlərini təhqir kimi qəbul etməməyə səsləyirəm”.

DAHA ÇOX OXU

Dünya

Türkiyəli müğənni, yoldaşı və qızları həlak oldu

09/02/2023 07:36
Cəmiyyət

Biləsuvar və Cəlilabad sakinləri də Türkiyəyə yardım kampaniyasına qoşulublar – FOTO

09/02/2023 06:30
Dünya

Türkiyədə zəlzələdən öncə səmadakı müəmmalı parıltıların izahı verildi – VİDEO

09/02/2023 05:46
export

Elçin Lənbəranskini döydülər – SƏBƏB

08/02/2023 23:31
export

“İsinməkdən utanırlar” – Oktay Kaynarcadan Azərbaycanla bağlı PAYLAŞIM

08/02/2023 22:16
export

Zəlzələ anına aid daha bir QORXUNC GÖRÜNTÜLƏR ortaya çıxdı – VİDEO

08/02/2023 22:03
SON XƏBƏR

Səlcuq Bayraktarın qardaşına ŞOK SUAL: "... kürəkən olduğu üçün şirkət inkişaf etdi?"

DİN jurnalistin saxlanılması xəbərini təkzib etdi

Rusiyada əcnəbiləri müharibəyə cəlb etməyin yeni üsulu tapılıb

Xəbər lenti

Türkiyəli müğənni, yoldaşı və qızları həlak oldu

09/02/2023 07:36

Zelenski Avropa səfərinə çıxıb

09/02/2023 07:07

Zəlzələdən zərərçəkən sakin fəryad edir – VİDEO

09/02/2023 06:46

Biləsuvar və Cəlilabad sakinləri də Türkiyəyə yardım kampaniyasına qoşulublar – FOTO

09/02/2023 06:30

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi: Daha 8 rusiyalı daxil edildi

09/02/2023 06:12

Türkiyədə zəlzələdən öncə səmadakı müəmmalı parıltıların izahı verildi – VİDEO

09/02/2023 05:46

Türkiyənin şərqində güclü zəlzələ oldu

09/02/2023 00:56

Elçin Lənbəranskini döydülər – SƏBƏB

08/02/2023 23:31

“İsinməkdən utanırlar” – Oktay Kaynarcadan Azərbaycanla bağlı PAYLAŞIM

08/02/2023 22:16

Zəlzələ anına aid daha bir QORXUNC GÖRÜNTÜLƏR ortaya çıxdı – VİDEO

08/02/2023 22:03

Dağıntılar altından çıxarılan naməlum cəsədlərin aqibəti necə olacaq? – AÇIQLANDI

08/02/2023 21:57

Keçmiş millət vəkili Əkrəm İmamoğlunu zəlzələ bölgəsindən qovdu – VİDEO

08/02/2023 21:46

Dəhşətli zəlzələ zamanı evin içində çarəsiz qalan ailənin GÖRÜNTÜLƏRİ – VİDEO

08/02/2023 21:36

Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq – 2° ŞAXTA – FOTO

08/02/2023 21:33

Xəstəxanada anası ilə qovuşan körpə

08/02/2023 21:33

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır

08/02/2023 21:32

Dağıntıların altından kömək almadan çıxan futbolçu kimdir?

08/02/2023 20:44

Göndərilən yardım bağlamalarında nələr kəskin tənqid olundu? – VİDEO

08/02/2023 20:19

Azərbaycanın Türkiyəyə göndərdiyi yardımlar – SİYAHI

08/02/2023 20:10

Messi Türkiyəyə belə YARDIM ETDİ

08/02/2023 19:56

FOX TV: “Bakıda da zəlzələ olacaq” – Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi – VİDEO

08/02/2023 19:13

Bakıda tikilən binalar zəlzələyə tab gətirə bilərmi? – Ekspertdən MÜHÜM AÇIQLAMALAR

08/02/2023 18:59

Hər kəsin axtardığı maşının sahibi DANIŞDI – ÖZƏL

08/02/2023 18:29

Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı – VİDEO

08/02/2023 17:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.