Bir müddətdir ortalıqda görünməyən və pərəstişkarlarını intizarda qoyan dünya şöhrətli müğənni Britni Spirs əri ilə yemək yeyərkən əsəb böhranı keçirib və restoranda dava çıxarıb.
Medianews.az xəbər verir ki, pərəstişkarlarının ona olan həddindən artıq marağından əsəbiləşən məşhur müğənnini sakitləşdirə bilməyən həyat yoldaşı məkanı tərk edib.
Restorandakılar məşhur müğənnini tanıyıb şəkil çəkdirmək istəyəndə Britni əsəbləri pozularaq qışqırmağa başlayıb. Hadisə yerində olan bəzi şahidlər Britninin fotosunun çəkilməsinə əsəbiləşdiyini, ona görə qışqırdığını və pərəstişkarlarını təhqir etdiyini bildirib.
Mühafizəçilərinin müşayiəti ilə məkanı tərk edən Britni hesabı ödəmədən məkanı tərk edib. Müğənninin mühafizəçiləri daha sonra geri dönərək hesabı ödəyiblər.
Medianews.az