Türkiyəli müğənni və model Seçil Çiftçinin cinayət törətməsi barədə xəbər vermişdik.
Medianews.az xəbər verir ki, barışmaq üçün qapısına gələn keçmiş sevgilisini öldürdükdən sonra atası ilə birlikdə meşədə cəsədini basdıran müğənni Seçil Çiftçinin klipindəki şiddət səhnələri gündəm olub.
Seçil Çiftçinin bir il əvvəl yayımlanan “Yaktın Yüreğimi” klipindəki səhnə gündəm olub. Klipdə Seçil evə gələn sevgilisi tərəfindən zorakılığa məruz qalır.
Qeyd edək ki, İstanbul İl Jandarma Komandanlığı qruplarına məlumat verilib ki, şəxsiyyəti məlum olmayan kişi meyiti Sancaktepedəki meşəlik ərazidə əl-ayağı bağlı vəziyyətdə tapılıb. Seçil cinayəti törətdikdən sonra atasına zəng vuraraq ondan kömək istəyib. Onlar Semih Sevginin nəşini evdən çıxaraq meşəlik ərazidə basdırıblar. Daha sonra müğənni polisə gedərək təslim olub.
Medianews.az