İndoneziyanın Sumatra adasının şimalında yerləşən Aceh əyalətinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri Aceh əyalətinin Singkil bölgəsindən 40 kilometr cənub-şərqdə olan zəlzələnin yerin 37 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.
6,2 bal gücündə zəlzələ yerli vaxtla saat 06:30-da baş verib.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələdən sonra “sunami” xəbərdarlığı etməyib.
Mehin Mehmanqızı
Medianews.az