Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Ailəmizdə Şəhriyarın davamçısı yetişir” (MÜSAHİBƏ)

TURAN
15/01/2023 15:48
62
BAXIŞ
FacebookTwitterTelegram
Azərbaycanın tanınmış şahmatçısı Türkan Məmmədyarova Fanat.Az-a müsahibə verib.
Qrossmeyster qarşıdakı ölkə çempionatı, son vaxtlar kölgəyə çəkilməsinin səbəbi və qardaşı Şəhriyar Məmmədyarov barədə sualları cavablandırıb.
– Türkan xanım, son vaxtlar sizi şahmat yarışlarında görmürük. Bu durğunluq nə ilə bağlıdır?
– Sonuncu dəfə milli komanda ilə 2021-ci ildə İspaniyanın Sitjes bölgəsində sürətli formatda keçirilən dünya çempionatında oynamışam. Doğru qeyd etdiniz ki, ötən il mənim üçün tam durğunluq oldu. Bu da ailə məsələləri ilə bağlı idi. Övladlarım böyüyür. Onlara daha çox diqqət ayırmalı oluram.
– Bu il dönüş etmək fikriniz var?
– Bəli. Bu illə bağlı qarşıma hədəflər qoymuşam.
– Bu mənada ilkin məqsəd ölkə çempionatında fərqlənmək olar.  Siz artıq 11 ildir ki, ölkə çempionu ola bilmirsiniz.
– Sonuncu ölkə çempionatında reytinqdə məndən geri olan gənc şahmatçılara uduzdum. Azərbaycan çempionatında sürprizlər çox olur. Təəssüf ki, mən də vacib məqamlarda reytinqdə geridə olan şahmatçılara uduzub geri düşürəm.
Çoxları bilmir ki, mən ən gənc yaşda qadınlar arasında ölkə çempionatının qalibi olan şahmatçıyam. 2003-cü ildə heç 14 yaşım tamam olmamışdı. Ondan sonra da daha iki dəfə çempion olmuşam. Bəli, sonuncu nailiyyətimdən artıq 11 il keçib.
– Çempionatın qalibi olacaq şahmatçı il ərzində milli komandanın yer alacaq. Bir müddətdir millidən uzaq düşdüyünüzü nəzərə alsaq, bu baxımdan çempionatdakı qələbə ikiqat əhəmiyyət kəsb etməlidir…
– Öncədən rəsmi açıqlanmasa da, Azərbaycan çempionatında qalib olan şahmatçı adətən milli komandanın heyətinə düşür. Ancaq mən demək olar ki, hansısa sürpriz şahmatçının birinci olduğunu xatırlamıram. Sürpriz adətən ikinci, üçüncü yerlərlə bağlı olur. Çalışacağam, maksimum yaxşı nəticə göstərim.
– Oğlunuz Attila kiçik yaşlılar arasında Azərbaycan çempionu, yarışın gümüş medalçısı olub. Gələcəyini necə görürsünüz?
– Ona çox inanıram. Çünki özü çox həvəslidir. Hələ lap erkən yaşlarından şahmata çox meyillidir. Mənim istəyimlə məşğul olsaydı, gələcəyi barədə bu qədər ümidli olmazdım.
– Yoxsa ikinci Şəhriyar Məmmədyarov yetişir? 
– Niyə də olmasın?! Ola bilər. Biz də ona ümidliyik elə. Attilanın oyun tərzi də Şəhriyara çox bənzəyir. Çox böyük şahmat fantaziyası var. Baxanda düşünürsən ki, sanki Şəhriyarın davamçısı yetişir
– Bu il Bakıda olduqca mötəbər turnir – Dünya Kuboku keçiriləcək. Hazırda həmin yarışla bağlı düşüncələriniz nədir?
– Qatılmağı çox istərdim. Mən indiyədək cəmi bir dəfə Dünya Kubokunda iştirak eləmişəm. O da çox pis zamana – pandemiya vaxtına düşdü. Yaxşı hazırlaşa bilmədim. Bakıda keçirildiyindən, yarış bu dəfə ikiqat həyəcanlı olacaq.
– Dünya Kubokunda baş mükafatının Bakıda qalması sizə görə nə dərəcədə realdır?
– Qadınlarda bir elə inanmıram, açığı. Kişilər bacarar. Şəhriyar və Teymur bunu bacaracaq gücdədirlər. Amma bu da var ki, Dünya Kuboku bir qədər fərqli, sürprizli yarışdır. Formatın da burada rolu çoxdur.
– Qardaşınız Şəhriyar Məmmədyarovdan gözləntiləriniz nədir? Onun hələ də dünya şahmat tacını Azərbaycana gətirmək gücündə olduğunu düşünürsünüz?
– Şəhriyarın yaşı imkan verir ki, hələ bir müddət də yüksək tempdə oynasın. Şəhriyar 2018-ci ildə böyük geridönüş etmişdi. Həmin il o, 2800 reytinq xalını keçmişdi. Məncə, o, yenə bunu bacarar. Şəhriyar bu gün də dünya şahmat tacı uğrunda oynamaq gücündədir.
– Son illər qadın şahmatındakı uğurlar daha çox diqqət çəkir. Yüksəliş açıq-aydın nəzərə çarpır. Lakin kişilərlə bağlı vəziyyət fərqlidir. Sizcə, niyə belədir?
– Açığı, bu, geniş mövzudur. Mənə görə şahmatçıların özünün öyrənmək, artırmaq istəyi, ambisiyası olmalıdır. Biz ailədə belə görmüşük, məsələn.

DAHA ÇOX OXU

Cəmiyyət

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15
Dünya

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26
export

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33
export

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29
export

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18
Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters
export

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12
SON XƏBƏR

"Whatsapp"da daha bir yenilik - Artıq sizi narahat edən insanları...

Paster evlənir - FOTOLAR

72 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri – VİDEO

Xəbər lenti

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı-Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.