FIFA Argentina Futbol Assosiasiyasına qarşı təhqiredici davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı intizam işi açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı FIFA yayıb.
Belə ki, işin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının final oyununda futbolçular və rəsmilərin qanunsuz davranışlarına görə açıldığı bildirilib.
Qeyd edək ki, bu, Messinin 1/4 final matçından sonra verdiyi müsahibə zamanı hollandiyalı hücumçu Vout Veqorstu təhqir etdiyinə görədir.