Türkiyənin məşhur simalarından olan Acun Ilıcalı şəxsi sosial media hesabından paylaşım edib.
Medianews.az xəbər verir ki, Acun Ilıcalı “Survivor başlasın” deyərək izləyicilərini sevindirib.
Hər kəsin böyük maraqla gözlədiyi “Survivor” bu həftə yeni mövsümü və yeni konsepti ilə yayıma başlayır.
TV8 ekranlarında Acun Ilıcalının istehsal etdiyi “Survivor” 2023 ilk bölümü ilə bazar günü ekranlarda olacaq. Yeni mövsümdə yeni konseptlə ekranlara gələcək “Survivor” heyətində bu il Məşhurlar-Könüllülər və fenomen komandalar var.
Mehin Mehmanqızı
Medianews.az