Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib ki, Kiyev hazırda sülhə hazır deyil.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin nümayəndələri indi Moskva ilə hər hansı danışıqların mümkünlüyünü qanuni olaraq qadağan etməyə çalışırlar.
O vurğulayıb ki, “silahlı münaqişənin davam etməsi Rusiya Ukrayna xalqları üçün ümumi bədbəxtlikdir”. Kiyev danışıqlar prosesinin başlanması üçün müxtəlif şərtlər irəli sürməkdə davam edir.
İndi o, hazır deyil. Eyni zamanda, Ukrayna hakimiyyəti danışıqları hüquqi müstəvidə qadağan etməyə çalışır”.
Mehin Mehmanqızı
Medianews.az