Prezident Rəcəb Tayyib Ərdoğan PKK/YPG-nin İsveçin Stokholm şəhərində təşkil etdiyi və onu hədəf alan aksiyalarla bağlı cinayət işi açıb.
Medianews.az xəbər verir ki,Prezident Ərdoğanın vəkili Hüseyn Aydın bildirib ki, İsveçin paytaxtı Stokholmda terror təşkilatı PKK tərəfindən təşkil olunduğu anlaşılan nümayişlərin səbəbkarları haqqında istintaq açılması tələbi ilə Ankara Respublika Baş Prokurorluğunda cinayət işi açılıb.
O qeyd edib ki, bu çirkin işdə hədəf prezidentimiz olub.
Mehin Mehmanqızı
Medianews.az