Bir çox Hollivud filminin mövzusu olan “Naməlum Uçan Obyekt” və ya xalq arasında “UFO” kimi tanınan obyektlə bağlı ABŞ-da diqqətəlayiq bir hesabat dərc edilib.
Medianews.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyinin tərtib etdiyi hesabata görə, 2021-ci ilin mart ayından etibarən ölkənin hava məkanında naməlum uçan obyektlərlə bağlı 366 məlumat daxil olub. Bildirilib ki, hələlik 171-i müəyyən edilməmiş obyektlər daha çox məhdudlaşdırılmış və hərbi cəhətdən həssas hava məkanlarında aşkar edilib.
ABŞ Milli Kəşfiyyat İdarəsi 2021-ci ilin mart ayından bu yana UFO olaraq da bilinən 366 “Naməlum Uçan Cisim” gördüklərini, bunlardan 171-i hələ müəyyən edilmədiyini açıqlayıb.
Hesabatda naməlum obyektlərin daha çox məhdudlaşdırılmış və hərbi cəhətdən həssas hava məkanlarında aşkar edildiyi və bu hadisələrin ABŞ düşmənlərinin kəşfiyyat toplama fəaliyyəti olması ilə bağlı narahatlıqların artdığı vurğulanıb.
Hesabatda yeni daxil olan 366 bildirişin ilk qiymətləndirilməsində, onların yarıdan çoxunun “qeyri-diqqətli xüsusiyyətlər göstərdiyi”, 26-nın pilotsuz uçuş aparatı və ya oxşar sistemlər, 163-nün hava şarları və ya oxşar vasitələr olduğu, Bunlardan 6-nın quş, hava hadisələri, çanta kimi əşyalar olduğu ifadə edildi.
Hesabatda beləliklə bildirilir ki, ABŞ-da ümumilikdə 510 naməlum uçan obyekt hesabatı var.
Medianews.az