“Fiorentina”nın argentinalı hücumçusu Nikolas Qonsales karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.az xəbər verir ki, informasiyanı “90min” yayıb.
Xəbərə görə, Qonsalesin transferində “Lester Siti” maraqlıdır və artıq sözügedən klublar bu keçidlə bağlı danışıqlara başlayıblar. “Tülkülər”in Qonsales üçün Florensiya təmsilçisinə təxminən 36,5 milyon avro təklif etdiyi bildirilib.