Adnan Oktar cinayət təşkilatına qarşı əməliyyatın görüntüləri aylar sonra ilk dəfə ortaya çıxıb.
Medianews.az xəbər verir ki, görüntülərdə basqın edilən villanın hər yerindən pul çıxarılması əks olunub.
Eyni zamandan “kedicikler”in qandallanması da görüntülərdə öz əksini tapıb.
Əməliyyat zamanı ələ keçirilən əlyazma kağızları da diqqət çəkib. Adnan Oktarla əlaqə saxlamaq istəyən təşkilat üzvlərinin texniki təqibdən qaçmaq üçün bu üsula əl atdıqları müəyyən edilib.
Qeyd edək ki, bir neçə ay öncə məhkəmə Adnan Oktarla bağlı yekun qərar çıxarmışdı. Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 8 658 il həbs cəzası verilmişdi. Məhkəmənin hökmünə görə, Adnan Oktar müştəşəkkil cinayətkar dəstə rəhbəri kimi ümumilikdə 8 658 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, o şəxsi cinayətlərinə görə 891 il həbs cəzası alıb.
Medianews.az