İspaniyanın Marbella şəhərindəki limanda baş verən yanğında 80-ə yaxın qayıq yanaraq kül olub.
Medianews.az xəbər verir ki, əraziyə çoxlu sayda yanğınsöndürən göndərilsə də alov limana yayılıb.
Limanda olan 80-ə yaxın qayıq alovlara təslim olub. Limanın girişi mühasirəyə alınarkən, alov 2 saatlıq işdən sonra söndürülüb.
Yanğının səbəbi hələlik məlum deyil.
Medianews.az