Avropa Birliyinin İqlim Dəyişikliyi Xidməti Kopernik tərəfindən hazırlanan hesabata görə , 2022-ci il Avropada rekord qıran istilik dalğaları, Pakistan və Avstraliyada geniş yayılmış daşqınlar və Antarktika dənizinin ən aşağı səviyyəsini görən “iqlim ifratları” dövrü olub.
Medianews.az xəbər verir ki, 2022-ci il dünyada ölçülən ən isti beşinci il, 2020-ci ildən sonra isə Avropada ikinci ən isti il olub. Avropa qitəsi də keçən il “ən isti yayı” yaşayıb.
Dünya miqyasında istixana qazlarının konsentrasiyasının artmasına diqqət çəkən hesabata görə, 2022-ci ildə orta temperatur 1991-2020-ci illərin istinad dövründən 0,3 dərəcə yüksək olaraq ölçülüb. Qlobal sənayeləşmənin başlanğıcı sayılan 1850-ci ildən 1900-cü ilə qədər olan dövrlə müqayisədə temperatur selsi üzrə 1,2 dərəcə artıb. Keçən il qlobal istiləşmədən ən çox qütb bölgələrinə- Avropaya təsir edib. 2022-ci il dünyanın beşinci, Avropa üçün isə 2020-ci ildən sonra ikinci ən isti il olub.
Qeyd edək ki, Avropanın bütün qitələr arasında temperaturun ən yüksək artım tempinə malik olduğu qeyd edilib.
Medianews.az