ABŞ-ın İllinoys ştatında kimya fabrikində dəhşətli partlayış baş verib.
Medianews.az xəbər verir ki, zavoddan yaşıl rəngli oksidləşdirici maddənin buraxıldığı barədə xəbərdarlıq edilib.
Alov sürətlə yayıldığı üçün səmanı sıx tüstü bürüyüb. Əraziyə yanğınsöndürənlər göndərilib.
Polis fabrikdən yaşıl oksidləşdirici maddənin buraxıldığı barədə ictimaiyyətə xəbərdarlıq edərkən, onlardan sözügedən maddəyə toxunmamaq və ərazidən uzaq durmaları istənilib. Şirkətin açıqlamasına görə, bütün işçilər təxliyə edilib, xəsarət alan olmayıb. Daha sonra bildirib ki, fabrikə böyük ziyan dəyib və uzun səylərdən sonra yanğın nəzarət altına alınıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az