Yunanıstanın sonuncu kralı II Konstantin 82 yaşında vəfat edib.
Medianews.az xəbər verir ki, Yunanıstan Dövlət Agentliyinin xəbərinə görə, bir müddət səhhətində ciddi problemlər olan və son günlərində Covid-19 ilə mübarizə aparan Konstantinos dünən axşam saatlarında dünyasını dəyişib.
1940-cı ilin iyununda paytaxt Afinanın Paleo Psihiko rayonunda anadan olan İkinci Konstantin 1964-cü ildən Yunanıstanda referendumla monarxiyanın ləğv edildiyi 1973-cü ilə qədər “Yunanıstan kralı” titulunu daşıyıb.
Keçmiş kral 1967-ci ilin dekabrında, polkovniklərin xuntasının ölkədəki diktator rejiminə qarşı uğursuz hərəkətindən sonra xaricə getmişdi. İtaliya və İngiltərədə yaşayan II Konstantin son illərində Yunanıstanda yaşamağa üstünlük verib.
2003-cü ildə Yunan dövləti kral əmlakının müsadirə edilməsinə görə təzminat tələb edən keçmiş krala 13 milyon avrodan çox təzminat ödəyib.
Medianews.az