Rusiya Ukraynadakı hərbi əməliyyatlara komandanlığı Valeri Gerasimova tapşırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Rusiya müdafiə naziri Sergey Şoyqu imzalayıb.
Belə ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.