Medianews.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat zamanı “İsgəndər” raket sistemlərindən istifadənin görüntülərini nümayiş etdirib. Hərbi idarənin materiallarında qeyd edildiyi kimi, bu qurğular 500 km-ə qədər məsafədə Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturunu məhv etmək üçün istifadə olunur. Hədəfə yaxınlaşarkən “İsgəndər” raketləri saxta elektron müdaxiləsi edir ki, bu da onları hava hücumundan müdafiə sistemlərində praktiki olaraq toxunulmaz edir. Analitiklər deyirlər ki, “İsgəndər” sistemləri strateji silahlar sırasına daxil olmasa da, Rusiyanın təhlükəsizliyində mühüm rol oynayır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynada keçirilən xüsusi əməliyyat zamanı “İsgəndər” operativ-taktiki raket komplekslərinin (OTRK) döyüş işini əks etdirən kadrları dərc edib. Videoda “İsgəndər”in cəbhə xəttindən çox-çox kilometr uzaqlıqdakı mövqeyə necə gətirildiyi və Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturuna raket atması əks olunub.
“Raketlərlə vurulacaq hədəflərin koordinatları kəşfiyyatla müəyyən edilir. Bunlar bunkerlər, komanda məntəqələri, aerodromlar, hava hücumundan müdafiə sistemləri, sursat anbarları, düşmənin canlı qüvvəsi və ya 500 km-ə qədər məsafədə yerləşən zirehli texnikası ola bilər”, – Müdafiə Nazirliyinin materialında deyilir.
“Xüsusi hərbi əməliyyatın bütün dövrü ərzində “İsgəndər” kompleksləri nəhəng və effektiv silah kimi özünü bir neçə dəfə sübut edib. Uğurlu atışlar və məhv edilmiş hədəflər buna sübutdur. Və bu gün heç bir düşmən “İsgəndər” raketindən gizlənə bilmir “deyə hərbi idarə qeyd edib.
Mehin Mehmanqızı
Medianews.az