İstanbulda restoranın açılışı zamanı çəkdiyi videoda sayrışan işıqlardan və sirena səsində istifadə edən sürücü 2 min 250 lirə cərimələnib.
Medianews.az xəbər verir ki, İstanbul Polis İdarəsi səlahiyyətliləri sosial mediada paylaşılan videodakı sürücü ilə bağlı araşdırmaya başlayıb.
Araşdırmalar nəticəsində onun restoranın açılışı üçün sayrışan işıqlardan və sirena səsində istifadə etdiyi məlum olub.
Sürücüyə ümumilikdə 2 min 250 lirə, qanunvericilikdə icazə verilməyən nəqliyyat vasitələrinə müəyyən edilmiş işıq və ya səsli xəbərdarlıq nişanı olan cihazların quraşdırılmasına və istifadəsinə görə 1823 lirə, plyonka şüşədən istifadəyə görə isə 427 lirə cərimə edilib.
Medianews.az