“Fənərbaxça” “Adana Demirspor”un futbolçusu Samet Akaydının transferini rəsmiləşdirib.
“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Adana Demirspor” bu transferdən 4 milyon avro qazanıb.