Türkiyədə mübahisə edənlərə müdaxilə etməyə gələn iki gənc aldıqları bıçaq xəsarəti nəticəsində yaralanıb.
Medianews.az xəbər verir ki, 2 nəfərin həbs olunduğu dava anlar kameraya əks olunub.
Hadisə ötən bazar ertəsi gecə saatlarında baş verib. İddiaya görə, Küçədə bir qrup öz aralarında mübahisə edib. Onların yanından keçən şəxslər mübahisəyə müdaxilə etmək istəyərkən dava düşüb. Böyüyən dava nəticəsində A.K. və Y.G. bıçaq zərbələri ilə yaralanıb.
Yaralı 2 gənc hadisə yerinə gələn təcili yardım maşınları ilə Çorlu Dövlət Xəstəxanasına aparılıb və onlara tibbi yardım göstərilib. Hadisə ilə əlaqədar polis tərəfindən tutulan şübhəlilərdən 2-nin həbs olunduğu öyrənilib.
Medianews.az