“BMT Təhlükəsizlik Şurasının sülhməramlı missiyasının Dağlıq Qarabağda yerləşdirilməsi yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür. İş səviyyəsində, müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər”
Medianews.az xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağdakı Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.
Ermənistanın baş naziri qeyd edib ki, İrəvana sadəcə müraciət yox, BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır.
Dekabrda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Rusiya tərəfi vətəndaşların, nəqliyyatın və yüklərin daşınması üçün Laçın dəhlizinin fəaliyyətinin bərpasında irəliləyişin olmamasından narahatdır.
Mehin Mehmanqızı
Medianews.az