“Dövlət başçımız yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir: “İqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu, nə deməkdir”. Yəni, çox güclü müsbət saldo var, lakin biz enerjidaşıyıcıları ölkəsiyik və hər şey buna görədir…”
Bu sözləri Medianews.az-a açıqlamasında tanınmış iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. “Azərbaycan ən çox hansı məhsulları idxal və ixrac edir?” sualımızı cavablandıran ekspert bildirdi ki, ölkəmizin idxal və ixrac əməliyyatlarına diqqət yetirdikdə dövlət gəlirlərimizin əsasını neft və qaz sektorunun təşkil etdiyinin şahidi olarıq:
“Ölkə iqtisadiyyatının inkişafında qeyri-neft-qaz sektorunun inkişafı priritet seçilib və bu istiqamətdə də müvafiq nəticələr əldə edilməkdədir. Lakin tələb olunan budur ki, ixracda qeyri-neft-qaz sektoruna aid məhsullarımız dominant rol təşkil etsin. Xarici tıcarət əməliyyatlarımızda buna nail olsaq bu sahədə müsbət saldomuz da dayanıqlı əhəmiyyət kəsb edəcək.
Ölkəmizin idxal və ixrac əməliyyatlarına diqqət yetirdikdə dövlət gəlirlərimizin əsasını neft və qaz sektorunun təşkil etdiyi əyani görünür. Belə ki, gəlirlərimizin 90%-də çox hissəsini məhz bu sektordan ixrac olunan məhsullar təşkil edir. Söhbət, konkret olaraq bitumlu süxurlardan alınmış xam neft və xam neft, xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neftən alınan; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan, təbii qaz və qaz halında olan, neft koksu və neft koksu, həmçinin digər məhsullardan gedir. Bunlar ümumilikdə 92%-dən çox təşkil edir. Yəni, bütövlükdə ölkədən ixrac etdiyimiz məhsullar üzrə strukturda…
Neft-qaz sektoruna daxil olmayan mallar üzrə isə, bir sıra meyvə-tərəvəz məhsulları, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, tərəvəz və meyvələrin emal məhsullar, alkoqollu və alkoqolsuz içkilər və sirkə, sement, elektrik enerjisi, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, həmçinin digərlərini ixrac edir. Bütün bunlar da 7%-dən bir az çox edir.
İdxala gəldikdə isə, yeyinti məhsulları 16%-dən çox yer tutur. Söhbət, ət, süd və qaymaq, kərə yağı və süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, çay, buğda, arpa, qarğıdalı, düyü, bitki və heyvan mənşəli piylər və yağlar kimi məhsullardan gedir. İdxalımızda tütün və tütün məmulatları, əczaçılıq məhsulları, gübrələr, plastmassa və onlardan hazırlanan, oduncaq və ondan hazırlanan məmulatlar, geyim əşyaları və geyim üçün ləvazimatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri, mebel və onun hissələri, həmçinin digərləri də vardır”.
Medianews.az