Medianews.az xəbər verir ki, Ukraynanın Nikolaev və Odessa vilayətlərində yanvarın 10-u çərşənbə axşamı səhər saatlarında hava həyəcanı elan edilib.
Bunu ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin onlayn xəritəsinin məlumatları sübut edir.
Xəbərdarlıq üzrə dövlət resursunun saytında verilən məlumata görə, bu rayonların sakinlərinə təxminən eyni vaxtda – saat 11.30-da məlumat verilib.
Bundan əvvəl Odessa sakinləri işığın kəsilməsinə etiraz edərək yolu bağlayıblar.
Hakimiyyət orqanlarının bu qərarı şəhər sakinlərinin hiddətinə səbəb olub.
Aksiya yerinə polis göndərilib.
Mehin Mehmanqızı
Medianews.az