Ukraynada əsgərin ürəyinin yaxınlığında partlamamış VOQ qumbarası tapılıb.
Medianews.az xəbər verir ki, Ukraynada bir əsgərin ürəyinə yaxın bölgədə VOG əl qumbarası aşkar edildikdən sonra aparılan əməliyyat nəticəsində partlayıcı uğurla çıxarılıb.
Bomba hər an partlaya bildiyi üçün təcili əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli cərrahlarından biri olan Andriy Verba həyata keçirib.
Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar cərrahi müdaxilənin uğurlu keçdiyini və əsgərin müalicə olunduğunu bildirib.
Qumbaranın əsgərin bədəninə necə girməsi ilə bağlı heç bir izahat verilməyib.