Medianews.az xəbər verir ki, Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu Şahzadə Harrinin qalmaqallı xatirəsi “Spare” rəflərdə yerini alıb.
İngiltərənin paytaxtı Londonda bəzi kitab mağazaları Şahzadə Harrinin kitabı satışa çıxdıqdan sonra tələbatı ödəmək üçün gecə yarısı açılıb. Kitabı ilk alanlardan olmaq istəyənlər paytaxt Londonun Viktoriya stansiyasındakı kitab mağazasında növbəyə düzülüb.
Böyük Britaniyanın “Waterstones” kitab mağazası şəbəkəsi Şahzadə Harrinin kitabının “10 il ərzində ən çox sifariş edilən kitablardan biri” olduğunu bildirib.
İngilis dilindən başqa 15 dildə nəşr olunan kitaba bütün dünyada böyük tələbat olduğu məlumdur.
Şahzadə Harrinin səbirsizliklə gözlədiyi xatirə kitabı nəşr olunduğu tarixdən yanvarın 10-da İspaniyada “təsadüfən” satışa çıxarıldıqdan sonra kitabın bəzi hissələri mətbuatın mövzusu oldu.
Əvvəlcə Britaniyanın “The Guardian” qəzeti kitabın bəzi hissələrini ictimaiyyətlə bölüşüb.
Kitabında qardaşı Şahzadə Uilyamı ona fiziki hücumda ittiham edən Harri Kraliça II Elizabetin ölüm xəbərini ilk dəfə BBC səhifəsindən öyrəndiyini yazıb və həyat yoldaşı Meqan Marklla görüşməzdən əvvəl onun “böyük” olduğunu bildirib.
Şahzadə Harri kitabının bir fəslində Əfqanıstanda xidmət etdiyi dövrlə bağlı xatirələrini daxil edib və “Əfqanıstanda 25 nəfəri öldürdüyünü və bundan utanmadığını” qeyd edib.
Xüsusilə, Şahzadə Harrinin Əfqanıstanla bağlı açıqlamaları həm öz ölkəsi İngiltərədəki müxtəlif qruplar, həm də Əfqanıstandakı Taliban rəsmiləri tərəfindən böyük reaksiya almışdı.
Mehin Mehmanqızı
Medianews.az