Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir.
2022-ci ilin fevralında başlayan və geridə qoyduğumuz müharibə 2023-cü ildə də sürətini azaltmadan davam edir.
Ölkənin şərq bölgələrində şiddətlənən müharibə davam edərkən Rusiyadan dünya gündəminə bomba kimi düşən iki açıqlama gəldi.
Medianews.az xəbər verir ki, prezident Vladimir Putinin ən yaxın müttəfiqlərindən biri kimi görünən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın Ukraynada NATO ilə müharibə etdiyini açıqlayıb.
Təhlükəsizlik Şurasının katibi öz bəyanatında aşağıdakı açıqlamaları verib:
“Ukraynadakı hadisələr Moskva ilə Kiyev arasında münaqişə deyil. Bu, Rusiya ilə NATO, xüsusən də ABŞ və İngiltərə arasında hərbi münaqişədir”.
Medianews.az