“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqaviləni uzadıb.
Medianews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, millimizin də üzvü olan qolkiperin yeni sözləşməsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən Ağdam klubunda çıxış edir.