AB üzvü Polşada sağçı hökumətin anti-İslam və anti-immiqrant siyasətinə görə İslamı qəbul edən polyaklara “satqın” kimi baxılır.
Medianews.az xəbər verir ki, müsəlman kişilərlə evlənən polşalı qadınlar isə “bioloji xəyanət”də günahlandırılır.
Təxminən 38 milyon əhalisi olan Polşada əhalinin cəmi 0,1 faizi müsəlman olmasına baxmayaraq, mediada və siyasi müzakirələrdə İslam əleyhinə ritorika geniş yer alır.
Şərqi Avropada İslam və gender mövzusunda araşdırma aparan ABŞ-ın Şimal-Qərb Universitetində qonaq olan tədqiqatçı Anna Piela 2015-ci ildə Polşada seçilmiş sağçı hökumətə qarşı artan anti-müsəlman müxalifətini qiymətləndirib.
Qaçqın böhranından əvvəl Polşada məskunlaşan çeçenlər, türklər və ərəblərin ölkədəki müsəlman əhalisini təşkil edənlər arasında olduğuna diqqət çəkən Piela, cəmiyyətdəki müsəlmanlara qarşı əhval-ruhiyyənin mühacirlərin sosial-iqtisadi səviyyəsinə görə dəyişdiyini söyləyib.
Medianews.az