Lənkəranda avtomobil körpüdən çaya aşıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisə rayonun Əşlə kəndi ərazisində baş verib.
Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.