Kanadada bir televiziya kanalının xəbər bülleteni hər kəsi qorxuya salan anların şahidi olub.
Medianews.az xəbər verir ki, kanadalı xəbər müxbiri həftə sonu canlı yayımı təqdim edərkən qəfildən halı pisləşib.
Titrəməyə başlayan və ayaq üstə durmağa çətinlik çəkən müxbir “özümü yaxşı hiss etmirəm” deyən kimi veriliş dayandırılıb.
Aparıcının sağlamlıq vəziyyəti ilə maraqlananlar üçün açıqlama verən kanal sosial mediada “Cessica Robb özünü daha yaxşı hiss edir və indi dincəlir. Onun səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirik”, – deyə bildirilib.
Medianews.az