Medianews.az xəbər edir ki, ABŞ prezidenti Co Baydenin keçmiş şəxsi kabinetində onun vitse-prezidentliyinə aid dövlət “məxfi sənədləri” tapılıb.
Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber qeyd edib ki, Baydenin təsis etdiyi Penn Bayden Mərkəzindəki şəxsi ofisində 2009-2017-ci illərdə vitse-prezident vəzifəsində işlədiyi müddətdən “məxfi məlumatları ehtiva edən az sayda sənədlər” qalıb.
Sauber, sənədlərin 2 noyabr 2022-ci ildə “bağlı kabinetdə” tapıldığını bildirib və əlavə edib ki, sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və dövlət milli arxiv agentlikləri ilə əlaqə saxlayıb.
Ağ Ev rəsmiləri Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığını açıqlayıb.
Digər tərəfdən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evindən yayılan məxfi sənədləri tənqid edən Baydenin ofisindən məxfi sənədlərin yayılmasına Respublikaçılar Partiyasının üzvləri reaksiya verib.
CNN televiziyasına danışan respublikaçı siyasətçi Ceyms Komer, Baydenin şəxsi ofisindən gizli sənədlərin çıxmasının və aşağıdakı ifadələrdən istifadə etməsinin ironik olduğunu söylədi:
“Prezident Bayden (keçmiş) prezident Trampın məxfi sənədləri səhvən öz iqamətgahına və ya başqa yerə aparmasını çox tənqid edirdi və indi deyəsən, o, eyni şeyi etmiş ola bilər”.
“Bir insan necə bu qədər məsuliyyətsiz ola bilər?” şərh etmişdi.
Mehin Mehmanqızı
Medianews.az