Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Zəminə Rəhimova: “Səs imkanlarımı, ondan istifadəni hələ də öyrənirəm”

XƏYALƏ
09/01/2023 22:00
89
BAXIŞ
FacebookTwitterTelegram

Son zamanlar efirlərdə gözəl səsi olan bir gənc qız görünməyə başlayıb. Geniş səs diapazonu, səhnə plastikası ilə diqqət cəlb edən müğənni çalışqanlığı ilə fərqlənib. Söhbət Milli Konservatoriyanın məzunu Zəminə Rəhimovadan gedir. Bu günlərdə onunla qarşılaşdıq və bizi maraqlandıran bir neçə sual ünvanladıq.

Zəminə Rəhimovanın Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

– Musiqi ilə neçə yaşından məşğul olmağa başlamısız? Müəllimləriniz kimlər olub?

– Musiqiyə kiçik yaşlarımdan həvəs göstərmişəm. Heç yadımdan çıxmaz, uşaq vaxtı öz həyətimizdə əmim uşaqlarını, babamgildə isə qonşu uşaqlarını ətrafıma toplayıb səhnəciklər qurardım və nənəmin, anamın uzun toy geyimlərini geyinib, şou göstərib, mahnı ifa edərdim. Özümü əsl səhnədəymişəm kimi xoşbəxt hiss edərdim. Əlbətdə ki, o vaxtlar bunlar mənə əlçatmaz bir xəyal kimi gəlirdi. Orta məktəbdə bir çox tədbirlərdə fəal iştirakım və uğurlu çıxışlarımla istər məktəb, müəllim kollektivinin, istərsə də yaxınlarımın diqqətini çəkməyə başladım. 3-cü sinifdə oxuyarkən valideynlərim məni Maştağadakı 10 saylı musiqi məktəbinin fortepiano sinifinə yazdırdılar. 7 illik piano təhsilimi aldığım illərdə oxumağa olan həvəsim məni məhz mərhum Əməkdar artist İsmayıl Ələkbərovun sinifinə, gözəl mahnılar ifa etməyə aparırdı. Düzdür, ilk vaxtlar valideynlərim buna heç razı deyildilər və mənim çıxışlarıma, oxumağıma bir hobbi kimi baxsalar da, sonralar səsimi dinlədikcə, bu yolda ən böyük dayağım oldular.

– İlk uğurlarınız hardan başladı?

– 9-cu sinifdən sonra İncəsənət Gimnaziyasına qəbul oldum. Bu hazırlıq dönəmində mərhum Xalq artisti Əlibaba Məmmədovdan və tələbəsi Könül Qəmbərovadan dərs aldım. Gimnaziyada oxuduğum dönəmdə Xalq artisti Azər Zeynalov səsimi dinlədi və bəyəndi. Gimnaziyanın 10-cu sinifdə oxuyarkən İFLC yarışmasına namizəd seçildim ve püşk atma oldu, mənə Albaniya düşdü. Azərbaycan və Türkiyəni təmsil etdim, 2-ci yerə layiq görüldüm. Bu mənim ilk uğurlarımdan idi. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Milli vokal şöbəsinə yüksək nəticə ilə daxil oldum. Burada Xalq artisti Gülnaz İsmayılovadan dərs aldım. Bu 4-il ərzində çox xoş xatirələrim və uğurlarım oldu, yazmaqla və söyləməklə bitməyəcək qədər ürəyimdə əbədi qalacaq xoş anlar yaşadım.

– Vokal imkanlarının çox geniş olmasının fərqindəsiz?

– Səs imkanlarım barəsində danışmağım bir az düzgün çıxmaz, bu barədə müəllimlərim öz sözlərini deyiblər. İlk dəfə bu səslə mənim çox gözəl gələcəyimin olacağını bildirən mərhum İsmayıl Ələkbərov oldu. Daha sonra bayaq söylədiyim kimi, Xalq artisti Azər Zeynalov səsimi bəyənmişdi. Milli Konservatoriyaya qəbul imtahanlarında ona yaxınlaşıb “o vaxt tədbirlərin birində səsimi bəyənmişdiz” deyəndə Azər müəllim “Sənin çox gözəl səsin var, gələcəyin parlaqdır” cavabını vermişdi. Məni hazırlıq üçün Azəbaycanın Xalq artisti, professor, dəyərli pedaqoq Gülnaz İsmayılovaya yönəltmişdi. Qəbul imtahanlarını yüksək nəticələrlə verib konservatoriyanın vokal şöbəsinə qəbul oldum və Gülnaz İsmayılovanın sinifində öz təhsilimi davam etdirdim. Səs imkanlarımı, ondan istifadəni hələ də öyrənirəm.

– Sənətdə zirvə sizin üçün hardadır?

– Zirvə barədə danışmaq mənim üçün çox tezdir, bircə onu deyə bilərəm ki, sənətdə öncə təhsilli, savadlı ifaçı kimi püxtələşmək lazımdır. Daim öz üzərində çalışmaq, bilmədiklərini öyrənmək, ən əsası tamaşaçı sevgisini qazana bilmək, insan olaraq müsbət keyfiyyətlərini itirməmək və sənətinin inkişafı üçün hər an axtarmaq lazımdır. Dediyiniz zirvəni əlçatan etmək, yadda qalıb, sevilmək üçün və sonunda öz istəyinə nail ola, sənətdə bir iz qoya bilmək, yaddaşlarda yaxşı bir sənətkar olaraq qalmaq üçün çox çalışmaq vacibdir.

– İfaçı çoxluğu sizi qorxutmur ki?

– Əsla. Elin gözü tərəzidir. Zamanla hər kəs öz layiqli yerini tutacaq, əsl sənətini nümayiş etdirənlər xalqın yaddaşlarına qala biləcəklər.

 

 

– Repertuarınızı ələkdən keçirsəniz, hansı mahnıları atar, hansıları qoruyardız? 

– Repertuarımda olan, ifa etdiyim mahnıları çalışıram ki, öz səs tembrimə uyğun seçim. Sözlərə diqqət yetirirəm. Bu mövzuda danışarkən mənim bu yenicə addımladığım yolda daha da ruhlandıran, həvəsləndirən öz gözəl, möhtəşəm bəstələri ilə qəlbimizi oxşayan dəyərli bəstəkarımız, Xalq artisti və hər şeydən öncə böyük, gözəl ürəkli Aygün Səmədzadənin adını çəkməsəm olmaz. Hazırda ifa etdiyim “Qarabağ”, “Məktub”, “Üç alma”, “Gözlərində” əsərlərin müəllifi Aygün xanımın bir doğmam qədər mənə olan dəstəyi, sənətdən əlavə göstərdiyi qayğısı sənətimin irəliləməsi üçün əvəzolunmazdır. Təkcə mənə deyil, bir çox istedadlı gənc ifaçılara olan xüsusi diqqəti bu yolda əminliklə, uğurla addımlamaq üçün açdığı çığır danılmazdır. Böyük sənəkar olmaq olar, gözəl insan olmaq və bu keyfiyyətli dəyərləri qoruyub saxlamaq çox az sənətkara nəsib olur. Var olsun Aygün xanım, nə yaxşı ki, onunla yaxından tanış oldum. Onun dəstəyi mənim ilk addımlarımda, başladığım kiçik yaradıcılığımda çox böyük rol oynadı. Buna görə sonsuz təşəkkürümü bildirirəm. O ki qaldı zəif mahnılara, atmaq deməzdim, mən bütün mahnılarımı sevərək, ürəkdən ifa etməyə çalışmışam. Yalnız daha zəif və məni dinləyən tamaşaçının zövqünü oxşamayan mahnılarım da var. Bu da bir az təcrübəsizlikdən, daha çox mahnı oxumaq həvəsindən olub. Tədricən uzaqlaşacağam onlardan.

 

 

– Sürətlə irəli gedirsiz, mahnılarınız, klipləriniz yaşınıza, səhnə fəaliyyətinizə görə çoxdur. Sizcə bu sahədə hansı daha vacibdir: Kəmiyyət, yoxsa keyfiyyət?

– Bəli surətlə irəliləyirəm. Bu söz mənim həyatım, yenicə başladığım sənətim üçün qarşıma qoyduğum məqsədlərə çatmağım üçün ən stimul verə biləcək bir devizə, şüarıma çevrilib. İrəli, irəli və yenə də irəli. Əlbəttə ki, keyfiyyəti üstün tutmaqla.

-Müğənnilər səhnəyə alışdıqca, özündən razı qalmağa başlayır. Siz necə olacaqsınız?

– Səhnə hamını dəyişir. Kimini müsbətə, kimini mənfi tərəfə. Bacardığım qədər yaxşılarla çalışacağam ki, hər zaman yaxşı olum.

DAHA ÇOX OXU

1-MANŞET

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25
Mədəniyyət

“Varlı qadın” Mingəçevir Dövlət Dram Teatrına gəlir

26/01/2023 13:02
Mədəniyyət

“O pulu balalarımın boğazından kəsib vermişdim” – Şəfiqə Məmmədovanın İttifaqına SƏRT SÖZLƏR

26/01/2023 12:03
Mədəniyyət

Azərbaycanlı rejissorun filmi Fransada beynəlxalq festivalda nümayiş olunub

26/01/2023 11:59
1-MANŞET

“Dövlət büdcəsindən quruma ayrılan 400 min manat hara xərclənir?”- Kinematoqrafçılar İttifaqında QALMAQAL

24/01/2023 14:23
Mədəniyyət

 “İnanıram” tamaşasının premyerası olub

23/01/2023 13:07
SON XƏBƏR

Nəvai Dubayda gecə klubunda qızlarla belə əylənir - VİDEO

Bu ölkənin təcili yardım şöbələrində böhran xəbərdarlığı

Sürüşüb yıxılan uşaqlara ilk yardımı necə etməli?

Xəbər lenti

Sabahın havası AÇIQLANDI

29/01/2023 13:45

Azərbaycanlı kriminal avtoritet şok ittihamla TUTULDU

29/01/2023 13:39

“Çukur”un aktyorundan Şahruddinə: “Qabağa qaçma” – VİDEO

29/01/2023 13:31

Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

29/01/2023 13:30

Azərbaycanda “kupça”larla bağlı YENİLİK – Bundan sonra… – VİDEO

29/01/2023 13:27

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Azərbaycanda sabiq yüksək vəzifəli şəxs VƏFAT ETDİ

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı – Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.