Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Zelenski Hikmət Cavadova vətəndaşlıq verdi

TURAN
09/01/2023 18:15
136
BAXIŞ
FacebookTwitterTelegram

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavada fərdi qaydada vətəndaşlıq verib.

Bu barədə Hikmət Cavad öz şəxsi “Facebook” hesabında bu barədə yazaraq Zelenskiyə təşəkkürünü bildirib:

“Artıq Ukrayna vətəndaşıyam və bundan şərəf duyuram!

2002-ci ildə özüm üçün Ukraynanı kəşf edərək ucsuz-bucaqsız mavi göylər altında göz işlədikcə uzanıb gedən günəbaxan tarlalarının mənzərəsindən valeh olduğumu xatırlayıram. Bu ölkənin əsrarəngiz təbiəti məni ovsunlamışdı, özümü nağıllar aləmində hiss edirdim. Möhtəşəm məbədlər, tarixi qəsrlər, şəhərlərdəki özünəməxsus memarlıq nümunələri, kənd yerlərinin bənzərsiz siması nəzər-diqqətimi özünə çəkərək əvvəllər də haqqında çox eşitdiyim, oxuduğum bu sehrli ölkəni bir daha kəşf etməyə məni sövq edirdi.

Gözəl təbiəti ilə yanaşı Ukraynanın insanlarına da heyran oldum. Mənəvi gücünə, açıq qəlbinə, mehriban xasiyyətinə bələd olduğum ukraynalılar arasında özümü yad hiss etməmişəm və etmirəm. Bu ölkə və bu millət elə ilk günlərdən mənə doğma oldu.

Odur ki, burada qalıb elmi və ictimai fəaliyyət göstərmək qərarına gəldim. Kiyev şəhərinə köçdüm, iki ildən sonra da aspiranturaya qəbul edildim. 2004-cü ildən etibarən bu günədək Ukrayna Milli Elmlər Akademiyası Koretski adına Dövlət və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsinədək yüksəlmişəm. 2008-ci ildə namizədlik, 2018-ci ildə doktorluq işimi müdafiə etmişəm. 2005-2012-ci illər ərzində “Demokratiya nəbzi” adlı beynəlxalq təşkilatın sədri olmuşam. 2012-ci ildən bu günədək Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna rəhbərlik edirəm”.

H. Cavadov əlavə edib ki, bu gün Ukrayna bütün dünyaya mərdlik, igidlik, dəyanət, mənəvi yenilməzlik nümunəsini ortaya qoyur:

“Taleyin hökmü ilə çox ağır sınağa çəkilən Ukrayna bu xalqın azadlıq ruhunu sındırmağa çalışan məkrli və amansız düşmənlə vuruşmalı oldu. Və bütün dünya Ukrayna xalqının azad və müstəqil olmaq uğrunda bu müqəddəs davasını həyəcanla izləyir.

Məlumdur ki, uzun illərdir rəhbərlik etdiyim Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ölkənin ərazi bütövlüyünün müdafiəsində yaxından iştirak edir. Çoxumuz üçün Ukrayna ana vətən olduğu üçün bu vətənimizi son damla qanımızadək müdafiə etmək əzmimizi sözdə yox, işlərimizlə isbat edirik. Məsələn, mən özüm Narıncı İnqilabın, Ləyaqət İnqilabının fəal iştirakçılarından olmuşam, Ukraynanın gələcəyinə inanmışam və inanıram. Ona görə də informasiya müharibəsində əlimdən gələn töhfəni verməyə çalışır, mülki əhaliyə və orduya humanitar yardım aksiyaları təşkil edirəm.

Hələ 2009-cu ildə Ukrayna vətəndaşlığını qəbul etmək imkanım olsa da, ölkənin bu çətin günlərində insanlıq mövqeyimin ifadəsi olaraq bu addımı ataraq Ukrayna vətəndaşı oldum.

Ukrayna vətəndaşlarının bir qismi ölkəni tərk ediblərsə də, mən bu ölkəyə, bu xalqa sonsuz etimad bəsləyərək onun gözəl gələcəyinə əsla şübhə etmirəm. Bu ağır dövrdə Ukrayna vətəndaşı olmaqdan böyük şərəf duyuram. Ukrayna vətəndaşlığı şərəfinə layiq görüldüyüm üçün prezident Volodimir Zelenskiyə minnətdaram.

Eşq olsun Ukraynaya! Qələbə bizimdir!”

DAHA ÇOX OXU

1-MANŞET

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49
Flash

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44
1-MANŞET

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34
1-MANŞET

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30
1-MANŞET

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27
1-MANŞET

Vasif Tağıyev avtomat terrorçunun əlində ikəndarağıçıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22
SON XƏBƏR

"İçimdə iki Dilarə var, biri deyir, dur gedək..."

Azərbaycanda ana qızları ilə birləşib kişini ŞANTAJ ETDİ

Səlim Müslümovun məhkəməsi: Yeni cinayət işi AÇILDI

Xəbər lenti

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikəndarağıçıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək- VİDEO

06/02/2023 15:19

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57

Oğlu dağıntılar arasında qalan atanın fəryadı-VİDEO

06/02/2023 14:45

Türkiyədə daha bir güclü zəlzələ

06/02/2023 14:40

Dağıntılar altında qalanlar fəryad edir: “Qardaşımdan səs gəlir”- VİDEO

06/02/2023 14:32

Sahil Babayev bu xanımı yüksək vəzifəyə TƏYİN ETDİ

06/02/2023 14:25

Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb – Ərdoğan açıqladı

06/02/2023 14:21

Bacısından danışan Nazpəri: “Dedi qədrini bilməmişəm, niyə belə etmişəm?”

06/02/2023 14:19

“O, Azərbaycanın ən əxlaqsız xanımı olacaq” – Elnarə Abdullayevadan ŞOK AÇIQLAMA

06/02/2023 14:17

Azərbaycanda da zəlzələ olacaq?- AÇIQLAMA

06/02/2023 14:14

Zəlzələdən 8 saat sonra dağıntılar altından sağ çıxdı

06/02/2023 14:14

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixdə Bakıya qar yağacaq

06/02/2023 13:58

ali attestasiya komissiyası

AAK – yaxından və uzaqdan

06/02/2023 13:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.