Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandası ilə müqavilə imzalayan portuqaliyalı ulduz Kriştiano Ronaldonun bir müddətlik Ər-Riyaddakı oteldə qalacağı bəlli olub.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, Ronaldonun otelə ödədiyi məbləğ görənləri şoka salıb.
Belə ki, portuqaliyalı futbolçu otelin iki mərtəbəsi və ümumilikdə 17 otağı üçün 250 min pound (517212 AZN) pul ödəyib.
Bildirək ki, bu Ronaldo və ailəsinin oteldə 1 aylıq qalması üçün nəzərdə tutulan məbləğdir.