Ötən gündən başlayaraq ölkəmizdə hava şəraiti kəskin şəkildə dəyişib. Buna baxmayaraq şahidi olduğumuz mənzərə bizi sevindirdi.
Medianews.az-ın əməkdaşı şəhərdəki son durumla yaxından tanış olub və aparılan işlərlə bağlı rəsmi qurumlardan məlumat alıb.
Bakı Nəqliyyat Departamentinin və İcra Hakimiyyətinin gücləndirilmiş iş rejimi nəticəsində şəhərin bəzi yerlərində apardığımız müşahidələr onu göstərdi ki, yolda hərəkət intensivliyinin öz aktivliyi davam edir.
Hava şəraiti ilə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyətinin yollara ezam edilmiş işçiləri ilə söhbətimizdə qeyd etdilər ki, səhər saatlarından etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Daha sonra bildirdilər ki, hava şəraiti daha da kəskinləşərsə yolda təhlükəsizliyi təmin etmək üçün kifayət qədər duz ehtiyatı var.
Məlumat üçün onu da bildirək ki, Bakıya sabah da qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq. Eyni zamanda onu da qeyd edək ki, Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.
Ayşən Azadova
Medianews.az