Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Onu iki qadın oğurladı, alkoqol komasına düşdü – “Arabeskin babası” Orhan Gencebay

Mehin
09/01/2023 08:39
95
BAXIŞ
FacebookTwitterTelegram

lent.az-a istinadən xəbər verir ki, “Göz önündə” layihəsinin növbəti hədəfi tanınmış müğənni Orhan Gencebaydır.

70-80-ci illərə türk musiqisinə damğasını vurmuş Orhan Gencebay yaşayan əfsanə, türk musiqisinin və arabeskin babası adı ilə də tanınır. 78 yaşı olsa da, yenə fit görünüşünü, yaraşığını, xarizmasını, ədəb-ərkanını qoruyub saxlamağı bacarmış ustad sənətkar öz dediyinə görə bunu şəxsi həyatını mediadan gizlədə bilməsinə borcludur. Bu gün Orhan Gencebay deyəndə onun dilindən hər daim təşəkkür əvəzinə işlətdiyi “berhudar ol” ifadəsi yada düşür.

“Hatasız kul olmaz”, “Batsın bu dünya”, “Bir teselli ver” və “Beni böyle sev”, “Firuze” mahnıları dillər əzbəri olsa da, bu onun böyük yaradıcılığının yalnız bir hissəidir.

O, 67 milyon ədəd val və kaset satışı ilə rekordlar siyahısında öndə gedənlərdən olub. Həm bəstəkar, həm bağlama (türk sazı) sənətkarı, həm müğənni, həm də aktyor kimi fəaliyyət göstərib. Fəaliyyətinə görə Türkiyə Mədəniyyət Nazirliyinin “Dövlət sənətçisi” fəxri adını verdiyi az saylı sənətkarlardandır.

Orhan Gencebay 1944-cü ildə Samsunda doğulub. İlk musiqi təhsilini 6 yaşı olanda Krım köçkünü, rus təhsilli qonşusundan alıb. Musiqi sevgisi caz, rok tutkusu ilə başlayıb. 16 yaşında ən məşhur musiqiçiləri bağlamada müşaiyət eməyə başlayan Gencebay özü də yavaş-yavaş oxumağa başlayır.

20 yaşı olanda TRT Ankara və TRT İstanbul Radio imtahanlarını uğurla verdikdən sonra səsi bütün Türkiyədə əks-səda verməyə başladı. Gənc və yaraşıqlı oğlana ard-arda film dəvətləri gəlir. Təkcə “Bir təsəlli ver” adlı albomunun satışları 3 milyon nüsxəni keçir. Həmin ərəfələrdə şöhrətin gətirdiyi eyforiya ilə siqar və alkoqol asılılığına düşür, hətta öz dediyi kimi narkotikin də dadına baxır. Bir dəfə alkoqol komasına düşüb, ölümdən döndükdən sonra tövbə edir, bu yoldan dönməyə özündə güc tapır.

O qədər gözəl mahnılar yazırdı ki, mahnıları üstə müğənnilər bir-birlərindən küsürdülər. O hər kəsə öz mahnılarını oxumağa razılıq vermirdi. Bu şərəfə Sibel Can, Ebru Gündeş, Zeki Müren və Tarkan layiq olmuşdu.

Onu 2 gözəl qadın bir birinin əlindən aldı.

İlk evliliyi 1970-ci ildə “Beyaz kelebekler” ansamblının solisti Aziza xanımla oldu. Çox keçmədən cütlük ayrıldı və Orhan Gencebay Sevim Emre ilə ailə qurdu.

Artıq 48 ildir davam edən bu sevgi macərasına yaxın günlərdə tanınmış aktrisalardan biri, Yıldız Tezcanın açıqlaması kölgə saldı. Aktrisa bildirdi ki, Orhan Gencebay onu sevirmiş və ilk xanımından da məhz ona görə ayrılıbmış. Orhan bəyin indiki xanımı Sevim onların arasında sevgi məktublarını daşıyr, söz aparıb-gətirirmiş. Lakin günün birində Yıldız xanım görüb ki, Sevim özünü Orhana “calayıb”, sevgilisini onun əlindən alıb. “Can Can”, “Sabır Taşı” və “Bana çokmu görüyorsun?” adlı mahnıları Orhan mənə ithaf eləmişdi. Sevim bizi ayırdı, kürəyimdən bıçaqladı”,- deyə kinoaktrisa bildirib.

Nə Orhan bəy, nə Sevim Emre bu iddialara cavab verməyib.

Bəs ona niyə “arabeskin babası” deyilir? Arabesk necə yarandı?

Arabesk kəlməsini ilk istifadə edən adam bəstəkar Suat Sayın olub. O, bir əsər yazır və əsər çox sevilir. Lakin sonra məlum olur ki, bu musiqi plagiatdır, bu mahnını ərəb kökənli müğənni Abdulvahab ifa edib. Bəstəkar əsərinin plagiat olduğunu demir, ərəblərdən ilhamlanaraq yazdığını deyir və bildirir ki, bu janrın adı arabeskdir. Məsələnin Orhan bəyə nə dəxli var?

Arabesk sözü məhz Orhan Gencebay adıyla qanad açır. Bu hadisədən 1 il sonra Orhan Gencebayın yazdığı lirik bir mahnı çox populyarlaşır və “arabesk” adıyla dillərə düşür. Ondan sonra o tipdə yazılan bütün lirik, romantik ( başqa sözlə ağlamalı) mahnılara “arabesk” deyilir və Orhan baba olur həm də arabeskin babası.

Bu gün sənətkar yenə göz önündədir, sevilir. “Minlərlə insanın Orhan babası oldum, bu xitab xoşuma gəlir” deyib verdiyi müsahibələrin birində. Onun Sevim xanımdan olan oğlu Gökhan Gencebay həm şirkətlərini idarə edir, həm də aktyor kimi fəaliyyət göstərir. İlk evliliyindən olan oğlu Altan Gencebay bizneslə məşğuldur.

DAHA ÇOX OXU

Ölkə

Azərbaycanda ata qızlarına işgəncə verdi – FOTO

04/02/2023 17:50
Ölkə

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

04/02/2023 17:35
Ölkə

Soğan gömrük rüsumundan azad edildi

04/02/2023 16:05
Ölkə

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

04/02/2023 15:57
ilham əliyev imza
1-MANŞET

Prezident bu Sazişi təsdiq etdi

04/02/2023 15:52
Ölkə

Sürücülərə ŞAD XƏBƏR – Bu problem həll edildi – VİDEO

04/02/2023 15:31
SON XƏBƏR

8 özəl xəstəxanada vətəndaşlara pulsuz tibbi xidmət göstəriləcək-RƏSMİ

Bakının küçə və prospektləri gecə qardan təmizlənib - FOTO

Qara görə Bakının bu ünvanlarında DƏYİŞİKLİK EDİLDİ

Xəbər lenti

Pərviz Müşərrəf vəfat etdi

05/02/2023 11:04

Laçında tikiləcək turizm mərkəzi belə olacaq – FOTO

05/02/2023 11:00

Çayın zərərindən xəbəriniz var?

05/02/2023 10:40

Pakistan “Vikipediya”nı qadağan etdi

05/02/2023 10:20

Çilidə meşə yanğınlarında həyatını itirənlərin sayı 22-yə çatıb

05/02/2023 10:00

Din xadimlərinə haqsızlığa qarşı səs qaldırmaq tapşırıldı

05/02/2023 09:40

Hər gün bir stəkan içsəniz…

05/02/2023 09:20

Azərbaycan şirkəti İnternet qiymətlərini yenilədi

05/02/2023 09:00

ABŞ prezidenti Bayden: “Biz bununla məşğul olacağıq”

05/02/2023 08:50

“Hamıya fikir versək, çürüyüb ölərik” – Səidə Sultan

05/02/2023 02:58

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

04/02/2023 23:13

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

04/02/2023 21:13

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.