NASA-nın 1984-cü ildə kosmosa buraxdığı radiasiya peyki ERBS-in bu gün Yer atmosferinə daxil olacağı gözlənilir. 2005-ci ildə missiyasını başa vuraraq kosmos peykin böyük hissəsinin atmosferdə yanacağı, bəzi hissələrinin isə Yerə düşə biləcəyi bildirilib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Milli Aeronavtika və Kosmos İdarəsi olan NASA 38 il əvvəl ERBS radiasiya peykini kosmosa göndərib, lakin peyk öz missiyasını başa vuraraq kosmik tullantıya çevrilib.
İllərdir Yer ətrafında dövr edən 2500 funtluq peykin Yer atmosferinə daxil olacağı gözlənilir.
Bu giriş zamanı ERBS-nin böyük bir hissəsi yandırılacaq.
Peykin bəzi hissələrinin Yerə düşə biləcəyi, lakin zədələnmə riskinin çox az olduğu bildirilir.
Peykin dəqiq nə vaxt və hansı bölgəyə düşəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Ayşən Azadova
Medianews.az