Yunanıstan Türkiyə ilə quru sərhədini təşkil edən Meriç bölgəsində 140 kilometrlik yeni maneənin inşası üçün hərəkətə keçib. Belə ki, birinci mərhələdə 100 milyon avro dəyərində 35 kilometr uzunluğunda səd tikiləcək.
Medianews.az xəbər verir ki, ictimai asayiş naziri Takis Theodorikakos Skai TV-yə bildirib ki, yeni maneənin tikintisi üçün Müdafiə Nazirliyi ilə birlikdə hazırlanan layihə Maliyyə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra tez bir zamanda tender açılacaq:
“Meriçdə 140 kilometr uzunluğunda bir maneənin inşası hökumətin son qərarıdır. Meriçdəki Türkiyə-Yunanıstan quru sərhədi təxminən 212 kilometrdir. Hazırda sərhədin Yunanıstan tərəfində biri 12,5 kilometr məftil, digəri isə 26,5 kilometr polad hasardan ibarət olmaqla ümumilikdə 39 kilometr olmaqla 2 maneə var”.
Yunanıstanın müdafiə naziri Nikos Panayotopoulos Real radiosuna verdiyi müsahibədə İsraillə Spike NLOS tipli zenit-raket kompleksinin alınması üçün müqavilənin fevralın əvvəlinə qədər imzalanacağını açıqlayıb. Panayiotopoulos Spike NLOS raket sisteminin həm quru qüvvələrinə aid maşınlara, bəzi döyüş gəmilərinə və helikopterlərə yerləşdiriləcəyini ifadə edərək, “Buna görə də hər biri fərqli şərtlər və texniki xüsusiyyətlərə malik 3 ayrı müqavilə var. Bizə bu raket sistemi lazımdır. İmzalanma mərhələsindəyik. İmzalar ən geci fevralın əvvəlində imzalanacaq”.
Medianews.az