Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xankəndinin “sirləri” açılır, proses qəlizləşir: “Fransız Dartanyan” erməni Vardanyanı niyə vurdu

TURAN
08/01/2023 19:20
131
BAXIŞ
FacebookTwitterTelegram

Laçın yolundakı dinc aksiyanı “blokada” və “genosid” kimi uydurma iddialarla təqdim etməyə çalışan erməni diasporu, eləcə də, Ruben Vardanyan üçün kifayət qədər ciddi problemlər yaranmağa başlayıb… Mərkəzi ofisi Fransa paytaxtı Parisdə yerləşən hüquq müdafiə təşkilatının önəmli bəyanatı Azərbaycana qarşı beynəlxalq kampaniyanın Ruben Vardanyan və erməni diasporunun əleyhinə çevrilə biləcəyini göstərir…

Rusiya cəmiyyətində keçmiş SSRİ-nin süquta uğradılıb, dağıdılması prosesi yenidən təhlil edilməyə başlanıb. Əksər tarixçilər və analitiklər Qərb strateqlərinin bu prosesdə məhz erməni ekstremistlərindən istifadə etdiklərini vurğulayırlar. Onların fikrincə, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizminin baş qaldırması keçmiş SSRİ-nin parçalanma prosesinin əsasını qoyub.

Rusiya politoloqları indi də oxşar proseslərə start verildiyini düşünürlər. Onlar hesab edirlər ki, Ermənistan Kremlə qarşı mövqe tutmaqla, KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmaq istiqamətində cəhdlər göstərməklə, Rusiyanın beynəlxalq düşmənləri ilə ortaq fəaliyyət göstərir. Əgər, rəsmi İrəvan vaxtında cəzalandırılmazsa, Rusiya ətrafında mərkəzdənqaçma prosesi daha da genişlənərək, qarşısıalınmaz mərhələyə keçə bilər.

Əslində, rus politoloqların bu narahatlığı müəyyən mənada, məntiqlidir. Çünki hazırda Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqanda ən yüksək səviyyədə davam edir. Erməni siyasi dairələri Rusiyanı hər imkanda müxtəlif bəhanələrlə sərt şəkildə ittiham edirlər. Rusiyanın MDB məkanında geopolitik mövqelərinə və nüfuzuna sarsıdıcı zərbələr vururlar. Və hətta son vaxtlar Ermənistan cəmiyyətində Rusiya bu ölkəni qeyri-rəsmi işğal altında saxlamaqda belə, ittiham olunur.

56da38c26259bbf4054f22ff94738c16.jpg (225 KB)

Məsələ ondadır ki, Ermənistanda Rusiya əleyhdarları artıq bütün “qırmızı cizgiləri” keçməkdən çəkinmirlər. Erməni daşnakların Rusiyanın Ermənistanda dislokasiya olunan 102-ci hərbi bazanı blokadaya alıb, etiraz aksiyası keçirtmələri Kremlə qarşı açıq meydanoxuma aksiyası da sayla bilər. Çünki erməni daşnaklar Rusiyadan Laçın yolunun “açılmasını” və 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını tələb edirlər. Ermənistan cəmiyyətində belə iddialar irəli sürürlər ki, Laçın yolu güya Kreml və rəsmi Bakının ortaq planına uyğun olaraq, “blokada”ya alınıb.

Nə qədər qəribə də olsa, Paşinyan hakimiyyəti Ermənistanın hərbi müttəfiqi Rusiyanın hərbi bazası qarşısında belə təhqiramiz aksiyanın keçirilməsinə elə bir ciddi əngəl törətməyib. Daşnaklar Rusiya əleyhinə bütün şüarlarını, ittihamlarını və tələblərini bağırdıqdan sonra onlara dağılışmaq məsləhət görülüb. Paşinyan hakimiyyəti bu mövqeyi ilə bir tərəfdən ABŞ və Qərbı Ermənistanda Rusiya əleyhinə propoqandanın ən yüksək səviyyədə olduğunu göstərir. Digər tərəfdən isə sona çatmaqda olan aksiyanın iştirakçılarından dağılışmağı tələb etməklə, daşnakların mövqeyini bölüşmədiyi barədə görüntü yaratmağa, Yəni, Kremli aldatmağa çalışır.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Laçın yolundakı dinc aksiyadan belə, Rusiyanın əleyhinə propoqanda məqsədilə istifadə edir. Bəzi məlumatlara görə, erməni siyasi dairələri Laçın yolundakı dinc aksiya ətrafında qaldırdıqları beynəlxalq hay-küyün mövcud nəticələrindən qətiyyən məmnun deyillər. Onların uydurma “blokada” iddialarına ümid bəslədikləri reaksiyanın verilməməsindən narahatdırlar.

Bu barədə danışan rus politoloq İqor Korotçenko vurğulayıb ki, erməni diasporu Azərbaycan və Rusiya əleyhinə yeni genişmiqyaslı beynəlxalq kampaniyaya hazırlaşır: “Erməni diasporu bu kampaniya üzərindən xüsusilə də, Azərbaycanı Qarabağ ermənilərini “blokada” vəziyyətinə salıb, yeni “genosid” siyasəti yürütməkdə ittiham etmək niyyətindədir. Onlar bu məqsədlə Qərb mətbuatına təsir imkanlarından və satın aldıqları siyasətçilərdən istifadə edəcəklər. Hətta Azərbaycana qarşı informasiya savaşının ilk mərhələsi üçün 50 milyon dollarlıq büdcə ayrıldığı barədə də məlumatlar mövcuddur”.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Ancaq rəsmi İrəvanı və erməni diasporunu məyus edə biləcək kifayət qədər ciddi məqamlar da olmamış deyil. Belə ki, beynəlxalq ictimaiyyəti Laçın yolunun bağlandığına və Qarabağ ermənilərinin “blokada” şəraitində olduqlarına inandırmaq getdikcə, daha da çətinləşir. Çünki əgər, Rusiyanın Xankəndiyə göndərdiyi “təxribat emissarı”, erməni fırıldaqçı Ruben Vardanyanın dediyi kimi Laçın yolu 24 gün ərzində bağlanmış olsaydı, orada artıq açlıq başlamalıydı. Halbuki, Xankəndi və ətraf bölgəyə hazırda hər gün onlarla yük maşını keçir, ermənilərin hətta restoranlarda əyləndiyi barədə foto və video faktlar mövcuddur. Yəni, Laçın yolu qətiyyən bağlanmayıb. Sadəcə, bu yola dinc aksiyaçılar nəzarət edirlər, başda fırıldaqçı R.Vardanyan olmaqla, erməni terrorçuların Azərbaycanın təbii sərvətlərini talamasının qarşısı alırlar.

Hətta R.Vardanyan özü də Böyük Britaniya mətbuatına açıqlamasında istəmədən də olsa, etiraf etmək məcburiyyətində qalıb ki, Laçın yolu ilə hər gün ərzaq və digər ehtiyac məhsulları daşınır: “24 gündür ki, biz “blokada” şəraitindəyik. Bizə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları bir az ərzaq gətirirlər”. Belə anlaşılır ki, son vaxtlar uydurma aclıqdan danışmağa vərdişli olan peşəkar erməni fırıldaqçı Xankəndi və ətraf bölgənin ərzaqla tam şəkildə təmin olunduğunu inkar etməkdə çətinlik çəkir. Çünki, Xankəndi və ətraf bölgədə təxminən 20-22 min erməninin olduğu halda, onların sayını yuvarlaq şəkildə 120 min göstərəcək qədər yalana vərdişli bir erməni “bir az ərzaq” ifadəsini işlətməzdi. Halbuki, R.Vardanyan yəqin ki, tezliklə “bir az ərzaq”la ermənilərin Xankəndi restoranlarında necə əylənə bildiklərini də izah etməli olacaq.

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə mövcud olan vəziyyət tədricən Araik-Vardanyan quldur dəstəsinin əleyhinə çevrilməyə başlayıb. Bölgədən sızan bəzi məlumatlar erməni diasporunun uydurma “blokada” təbliğatını da iflasa uğradır. Belə ki, bir tərəfdən erməni separatçı-terrorçular arasında ziddiyyətlər və qarşıdurma dərinləşir. Digər tərəfdən isə Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməni əhalinin Araik-Vardanyan quldur dəstəsinə qarşı narazılığı artır.

Hətta vəziyyət o qədər dəhşətli həddə çatıb ki, Qərb hüquq müdafiəçiləri də Xankəndi və ətraf bölgədə baş verənlərə reaksiya vermək məcburiyyətində qalıblar. Mərkəzi ofisi Ermənistanın “böyük və pozğun bacısı” olan Fransanın paytaxtı Parisdə yerləşən ООН CAP Freedom of Conscience (“Vicdan azadlığı”) insan hüquqları təşkilatı Qarabağ erməniləri ilə bağlı kampaniya başladıb. Bu qurum Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilərin hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayır. Ancaq bu qurumun ittihamları qətiyyən Azərbaycanla bağlı deyil.

9724639.jpg (145 KB)

Əksinə, Fransanın hüquq müdafiə təşkilatı bəyan edib ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə qarşı “yerli qurumlar” tərəfindən kütləvi zorakılıq hadisələri törədilir. Buna misal olaraq isə ötən ilin son günlərində erməni separatçıların rəhbəri Araik Arutyunyanın göndərdiyi quldur dəstəsi tərəfindən evində ailəsinin qarşısında qəddarcasına döyülmüş Yuri Musayelyanın başına gələnlər göstərilir. Fransız hüquq mühafizəçiləri vurğulayıblar ki, Yuri Musayelyanın yeganə günahı “rus-erməni milyarder Ruben Vardanyanın qarşıdurma kursu”na etiraz etməsi olub.

R.Vardanyanın maliyyə fırıldaqçılığı ilə milyarder olduğunu vurğulayan fransız hüquq müdafiə təşkilatı öz bəyanatında qeyd edib ki, onun Xankəndiyə gəlişindən sonra göstərdiyi təxribatçı fəaliyyəti ucbatından Azərbaycan rəsmi dairələri və rus sülhməramlılar arasındakı qızıl yataqlarında araşdırma barədə anlaşma pozulub: “Həmin qızıl yataqları erməni monopolist “Vallex Group” tərəfindən istismar edilirdi. “Vallex Group”un fəaliyyəti Qarabağ ermənilərinin hüquqlarının pozulmasında simvola çevrildiyindən biz bu qurumun adını “Anti-Vallex” kimi qeyd etməyi daha uyğun hesab edirik”.

Göründüyü kimi, Laçın yolundakı dinc aksiyanı “blokada” və “genosid” kimi uydurma iddialarla təqdim etməyə çalışan erməni diasporu, eləcə də, R.Vardanyan üçün kifayət qədər ciddi problemlər yaranmağa başlayıb. Hətta ehtimal etmək olar ki, beynəlxalq kampaniya R.Vardanyan və erməni diasporunun əleyhinə də çevrilə bilər. Hər halda, fransız hüquq müdafiə təşkilatının bəyanatı belə ehtimala inandırıcı görüntülər verir. Çünki, erməni Vardanyana “fransız Dartanyan”ın sarsıdıcı zərbəsi artıq mövcuddur. Xankəndi və ətraf bölgə ilə bağlı bütün “erməni sirləri, uydurmaları” açıldıqca situasiyanın tamamilə fərqli məzmun ala biləcəyi də qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

Analiz

Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya “Ermənistan planı”nın icrasını sürətləndirir

28/12/2022 09:59
Analiz

Erməni diasporu da iflasa uğrayır: Paşinyan erməni terrorçuları rusların ümidinə buraxdı

14/12/2022 09:49
Analiz

Xankəndi əməliyyatı başlandı: Erməni terrorçular tərksilah olunmasa, ekoloqları komandoslar əvəzləyəcək

04/12/2022 20:12
1-MANŞET

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir

23/11/2022 16:22
Analiz

Kreml daha bir dəhşətli varianta əl atır: Ukraynalılar bir-biriylə savaşacaq, Rusiya monoetnik ölkəyə çevriləcək

23/11/2022 10:42
Analiz

Kremlə və erməni terrorçulara vaxt qoyuldu: Rəsmi Bakı Xankəndi ilə bağlı qərarın icrasına başladı

20/11/2022 19:50
SON XƏBƏR

"Sədərək"dəki yanğından yeni görüntülər - VİDEO

Azərbaycanda daha bir DƏHŞƏTLİ QƏZA: Toya gedən 3 nəfər həlak oldu - VİDEO,FOTO

Aktyor Xudu Mürsəlov vəfat edib

Xəbər lenti

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı-Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Tanınmış polkovnik Naxçıvana polis rəisi təyin olundu- FOTO

28/01/2023 21:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.