Şənbə, 25 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azyaşlı qızın kənddə macərası: “Biabır olmuşduq…” — İmişlidə şok olay

XƏYALƏ
07/01/2023 20:25
313
BAXIŞ
FacebookTwitterTelegram

İmişli rayonunda 1985-ci il təvəllüdlü Talehlə 1998-ci il doğumlu Murad həmyerliləri Cəfərə (adlar şərti verilib – red.) xəsarət yetiriblər.

Teleqraf.com-a istinadən bildiririk ki, hadisə ötən il mayın 6-da baş verib.

Taleh həmin gün saat 21 radələrində sevgi münasibətlərində olduğu Samirənin atası Cəfərlə mobil telefonda danışarkən onu nalayiq ifadələrlə təhqir etməsinə əsəbləşib.

Taleh sərxoş vəziyyətdə qohumu Muradla İmişlinin Yalavac kəndinə gəlib. Onlar Cəfərin həyətinə daxil olublar, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Daha sonra Cəfəri döyüblər.

Murad küt əşya ilə Cəfərin baş nahiyəsindən vurub, hadisə yerinə gələn polis əməkdaşlarının yanına qaçıb.

Taleh isə polis və səs-küyə yığışmış insanların gözü qarşısında hərəkətlərini davam etdirib. Cəfərin sifət və alın nahiyəsindən yumruqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq) maddəsi ilə, Murad isə 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

“Maşını evinə sürdüm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Cəfəri onun azyaşlı qızı Samirə ilə münasibətdə olduğuna görə tanıyıb: “Samirə ilə təxminən 2021-ci ildən münasibətim yaranıb. Onunla dəfələrlə təbii yolla cinsi əlaqədə olmuşam. Mayın 6-da saat 21 radələrində yeznəm Əliyə zəng etdim. Rayonda işim olduğu üçün mənimlə getməsini xahiş etdim. O da mənimlə razılaşdı. Sonra bibim oğlu Murad Əliyə məxsus “VAZ-2106″ markalı avtomobillə gəldi. Onlara işim olduğunu bildirdim, birlikdə Cəfərin yaşadığı kəndə getdik.

Cəfər telefonda məni söydüyündən onun evinin qarşısında maşını saxlatdırdım. Cəfərin evinin həyətyanı sahəsinə girdim. Ona hücum etdim, sol göz nahiyəsinə yumruqla vurdum, onunla əlbəyaxa oldum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra polis əməkdaşları gəlib: “Polislərin tələbinə tabe olmadım, Cəfərə təkrar hücum çəkdim. Küçədə onu yumruqla vurdum. Polis əməkdaşları məni avtomobilə mindirdilər, İmişli rayon polis şöbəsinə apardılar”.

Murad isə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dayısı oğlu Talehlə zərərçəkmiş şəxsin yaşadığı ünvana getsə də, heç bir qanunsuz hərəkət etməyib. Talehlə Cəfəri ancaq ayırmaq istəyib, buna da nail ola bilməyib.

“Danışa bilmədiyimi bildirdim”

Cinayət işi üzrə zərərçəkmiş Cəfərin sözlərinə görə, 2017-ci ildə arvadı Fəridə ilə boşanıb və ikinci ailəsi ilə birlikdə Bərdə rayonunun Lənbərən kəndində yaşayır:

“2005-ci il təvəllüdlü qızım Samirə anası Fəridə ilə atam Camalla birlikdə, ona məxsus evdə yaşayırlar. Mayın 6-da saat 21 radələrində atamı görmək üçün onun yaşadığı evə gəldim. Evin yaxınlığında mobil telefonuma qızım Samirənin münasibətdə olduğu Talehdən zəng gəldi. Taleh mənimlə işinin olduğunu dedi. Ona atamgilə gəldiyimi, danışa bilmədiyimi bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, Taleh ona bir neçə dəfə zəng etsə də, o, zənglərə cavab verməyib: “Həmin vaxt evdə atam, keçmiş arvadım və qızım olublar. Evdə Talehin zəng etdiyini gördüm. Telefonu Fəridə ilə Samirəyə göndərdim, mənə zəng etməməyi tapşırmağı bildirdim.

Atamla görüşəndə onun barmağının kəsildiyini gördüm. Bunun səbəbini soruşanda atam Samirənin onu stəkanla vurduğunu dedi”.

“Üç nəfər həyətə girdi”

Cəfər qeyd edib ki, azyaşlı qızı Samirə əxlaqsızlıqla məşğul olur, istədiyi kimi yaşayır və oğlanlarla görüşür:

“Atamın azyaşlı qızım tərəfindən döyülərək xəsarət alması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. Atamla evin həyətinə çıxdıq. Mobil telefonuma Taleh yenə zəng etdi və mənimlə söhbət etmək üçün atamın yaşadığı ünvana gələcəyini bildirdi.

Təxminən 10 dəqiqə sonra atamın evinin qarşısında avtomobil dayandı. Gələnlərin polis əməkdaşları olduqlarını zənn etdim. Avtomobildən mənə zəng edən Talehlə birlikdə adlarını sonradan bildiyim Murad və Əli düşüb, həyətə daxil oldular.

Bu vaxt qızım Samirə və keçmiş arvadım Fəridə onlara polis əməkdaşlarının gələcəyini bildirdilər, buradan uzaqlaşmalarını istədilər”.

“Səs-küyə kənd camaatı da yığışdı”

Cəfər bildirib ki, həmin vaxt atası ilə həyətyanı sahədə dayanıb və mobil telefonda polis əməkdaşları ilə danışıb: “Taleh Samirə və Fəridənin sözlərinə məhəl qoymadı, həyətə girdi. Onun arxasınca Murad və Əli də həyətə daxil oldular. Onlar üzərimə yeriyərək heç bir səbəb göstərmədən, uca səslə mənim və ailə üzvlərimin ünvanına söyüşlər söydülər.

Birinci Taleh sol göz nahiyəmdən və baş nahiyəmdən yumruqla vurdu. Mən yerə yıxıldım. Yerdə olanda Taleh və yanındakı şəxslərdən hansısa biri başıma çox sayda yumruqla zərbələr vurdu. Bu vaxt polis əməkdaşları gəldilər. Biz küçəyə onların qarşısına çıxdıq.

Küçədə polis əməkdaşlarının gözü qarşısında Taleh yenidən alın nahiyəmdən yumruqla vurdu. Polislər Talehi sakitləşdirməyə çalışdılar. O isə polislərin əllərindən çıxdı, üstümə hücum çəkdi və yenidən məni yumruqla vurdu.

Polis əməkdaşları Talehi tutaraq avtomobilə mindirdilər və polis şöbəsinə apardılar. Səs-küyə hadisə yerinə kənd camaatı da yığışmışdı”.

Cəfər ifadəsinin sonunda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayəti olmadığını deyib.

“Nəvəm oğlanlarla görüşür, məni kənddə nüfuzdan salır”

Cinayət işi üzrə şahid qismində ifadə verən Camal qeyd edib ki, oğlu Cəfərin qızı Samirə əxlaqsızlıqla məşğul olur: “Nəvəm evimdə anası Fəridə ilə birlikdə yaşayır. O, müxtəlif oğlanlarla görüşür, məni kənd sakinləri və tanışlarım arasında nüfuzdan salır. Daim ona iradlarımı bildirsəm də, mənə qulaq asmır, istədiyi şəxslərlə görüşür, babası kimi mənə heç bir hörmət qoymur”.

Camal deyib ki, mayın 6-da saat 21 radələrində evdə Samirə ilə aralarında mübahisə baş verib: “Samirəyə telefonda oğlanlarla danışdığı üçün iradımı bildirdim. O, əlindəki stəkanı mənə tərəf tulladı. Sol əlimin barmağı yaralandı. Təxminən bir saat sonra oğlum yaşadığım evə gəldi. Mənim xəsarət aldığını gördü və nə baş verdiyini soruşdu. Nəvəmin məni döyərək xəsarət yetirdiyini bildirdim”.

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb. Taleh aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 il 7 ay 22 gün, Murad aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 il 11 22 gün müddətə islah işləri cəzasına məhkum olunublar.

DAHA ÇOX OXU

Hadisə

Bərdədə ağır yol qəzası faciəyə səbəb oldu- FOTO

24/03/2023 21:44
Hadisə

“Opel” və “VAZ” toqquşdu- Xəsarət alan var – FOTO

24/03/2023 19:40
Hadisə

Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

24/03/2023 19:09
Cəmiyyət

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11
Dünya

“Məni Rusiya agentləri zəhərləyib” – SAAKAŞVİLİ

24/03/2023 17:36
Cəmiyyət

Dəhşətli qətl- yaşadığı qadını öldürərək cəsədini parçalara ayırıb, soyuducuda dondurdu

24/03/2023 16:50
SON XƏBƏR

İngiltərə klubu 100 milyon avroluq transferə hazırlaşır

Naxçıvanla bağlı daha bir yenilik 

Avropa Parlamentindən İrandakı edam cəzasına REAKSİYA: “TERRORÇULAR” 

Xəbər lenti

Qız musiqinin səsinə etiraz edən atasına görün nə ETDİ

24/03/2023 23:52

Yaxşı immunitet üçün 5 əsas şərt

24/03/2023 23:36

Uşağı olmasın deyə Mənzurənin yeməyinə dərman qatılıb

24/03/2023 23:15

Tanınmış model taksi sürücüsü işləməyə başladı – FOTO

24/03/2023 22:46

Azərbaycanda bunu edənlərə SƏRT XƏBƏRDARLIQ OLUNDU – VİDEO

24/03/2023 22:25

Qalatasaraydan Azərbaycanla bağlı möhtəşəm VİDEOÇARX

24/03/2023 22:07

Bərdədə ağır yol qəzası faciəyə səbəb oldu- FOTO

24/03/2023 21:44

İranın cənub-şərq əyalətləri ayağa qalxdı: “Bu son mesajdır, hədəf bütün rejimdir!” – VİDEO

24/03/2023 21:32

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Bölmələrimiz tərəfindən…

24/03/2023 21:17

Məşhur aktrisada beşinci dəfə xərçəng aşkarlandı

24/03/2023 21:11

Brilliantdan Dilarəyə təsəlli: “Biz də qəzada itirmişik…”

24/03/2023 20:51

Bakıda bir mənzilə xidmət edən lift – FOTO

24/03/2023 20:36

Dostları Oqtay Əliyevin bu arzusunu həyata KEÇİRƏCƏK

24/03/2023 20:17

Ronaldodan daha bir rekord

24/03/2023 20:07

Gülay qızı ilə Maldiv adalarında – FOTOLAR

24/03/2023 19:48

“Opel” və “VAZ” toqquşdu- Xəsarət alan var – FOTO

24/03/2023 19:40

Türkiyədə daha bir güclü ZƏLZƏLƏ

24/03/2023 19:35

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: “Baş verə biləcək tələfata görə…”

24/03/2023 19:29

Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

24/03/2023 19:09

Nihat Hatipoğluna verilən sual gündəm oldu – “Sevib sevilmirsənsə…”

24/03/2023 18:58

Hava limanında ağlasığmaz hərəkət – 57 yaşlı kişi…

24/03/2023 18:53

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38

Seda Sayan eşitmə qabiliyyətini itirib

24/03/2023 18:19

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.