Cümə axşamı, 21 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanda bu şəxslərin maaşı artır – 30, 40, 50 AZN…

LEYLA
07/01/2023 09:12
157
BAXIŞ
FacebookTwitterTelegram

Minimum əməkhaqqının artırılaraq 345 manata çatdırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncam müəllimlər arasında müəyyən qədər çaşqınlıq yaradıb.

Sual doğuran məqam sərəncamın kimlərə şamil olunacağıdır. Bəziləri bütün müəllimlərin bu sərəncamdan yararlanacaqlarını düşünsələr də, bir qisim, sadəcə, diaqnostik qiymətləndirmə və sertifikasiya proseslərindən uğurla keçənlərin maaşlarında artımın olacağına inanır.

Bəs ümumilikdə yanvarın birindən hansı müəllimlərin əməkhaqlarında artım gözlənilir?

Medianews.az xəbər verir ki, deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında sərəncamın məktəblərdə yalnız müəllimləri əhatə etməyəcəyini bildirib:

“Qeyd etmək lazımdır ki, minimum aylıq əməkhaqqının artımı ilə bağlı sərəncam bütün sahələrdə çalışan vətəndaşları əhatə edir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllimlərimizin maaşlarında kifayət qədər artım müşahidə olunur. Həmçinin bu artım məktəblərdə müxtəlif vəzifələrdə çalışan təhsil işçilərinə də şamil edilir. Yəni təhsil müəssisələrində çalışan və əməkhaqqısının məbləği 345 manatdan aşağı olan işçilərin maaşı müəyyən edilən minimuma çatdırılacaq”.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə açıqlamasında bu artımın müəllimlərin maaşlarına müxtəlif şəkildə təsir edəcəyini bildirib:

“Sözügedən sərəncamda ilk maddədə minimum aylıq əməkhaqqının məbləğinin müəyyən edilməsi, növbəti maddədə isə dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin maaşlarının birinci maddəyə uyğunlaşdırılması qeyd edilib. Bu o deməkdir ki, dövlət təhsil müəssisələrində çalışan bütün təhsil işçiləri bu artımdan faydalanacaqlar. Amma bu artım müəllimlərin maaşlarına fərqli şəkildə təsir göstərəcək. Məsələn, bir müəllimin maaşına 30, digərinin isə 40, yaxud 50 manat artım olacaq. Ümumilikdə isə bu artımdan dövlət təhsil müəssisələrində çalışan bütün təhsil işçiləri yararlana biləcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu ayın sonuna kimi 345 manat müəyyənləşdirilən minimum əməkhaqqı miqdarına uyğun olaraq vətəndaşların maaşlarının hansı şəkildə artırılacağını müəyyən edəcək. Yəni bu artım sertifikasiyadan keçənlərlə yanaşı, keçməyən müəllimləri də əhatə edir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

DAHA ÇOX OXU

export

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib – VİDEO

21/09/2023 20:05
1-MANŞET

Ceyhun Bayramov Bayden ilə görüşüb – FOTO

21/09/2023 19:53
export

Afiəddin Məmmədov həbs olundu

21/09/2023 19:11
export

Nurlan Libre həbs edildi

21/09/2023 19:10
export

Qarabağda minalar zərərsizləşdirilir – FOTO

21/09/2023 19:05
Dünya

Cənubi Koreyada “KF-16” qırıcısı qəzaya uğrayıb

21/09/2023 19:02

Xəbər lenti

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib – VİDEO

21/09/2023 20:05

Ceyhun Bayramov Bayden ilə görüşüb – FOTO

21/09/2023 19:53

Afiəddin Məmmədov həbs olundu

21/09/2023 19:11

Nurlan Libre həbs edildi

21/09/2023 19:10

Qarabağda minalar zərərsizləşdirilir – FOTO

21/09/2023 19:05

Cənubi Koreyada “KF-16” qırıcısı qəzaya uğrayıb

21/09/2023 19:02

Paşinyan: “Qarabağda kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”

21/09/2023 18:39

Məşhur model narkotik alüdəçisi olduğunu etiraf etdi

21/09/2023 17:57

Daha bir general işdən çıxarıldı

21/09/2023 17:55

1 nəfəri yaralayan silahlı şəxs daha sonra özünü güllələdi – ŞOK GÖRÜNTÜLƏR

21/09/2023 17:20

Gənc qadın sevgilisini küçənin ortasında döydü – ANBAAN VİDEO

21/09/2023 17:05

Baydan yenidən etdiyi hərəkəti ilə gündəm oldu – VİDEO

21/09/2023 17:00

Mobil telefon alıcılarına ŞAD XƏBƏR – VİDEO

21/09/2023 16:59

Qarabağa sahiblik məsələsi həll olunub – Peskov AÇIQLADI

21/09/2023 16:53

Xaricdə təhsil alanlar imtahan verəcək

21/09/2023 16:52

Qum qasırğası 800-dən çox insanı xəstəxanalıq etdi – FOTO

21/09/2023 16:39

XİN rəsmisindən antiterror tədbirləri ilə bağlı AÇIQLAMA

21/09/2023 16:36

İrəvanda kütləvi aclıq aksiyası başladı

21/09/2023 16:24

24 yaşlı gənc qız iş görüşməsi üçün getdiyi evdə dəhşəti yaşadı – FOTO

21/09/2023 16:19

Faiq Ağayevdən maraqlı PAYLAŞIM: “Yevlaxa gəl, Yevlaxa…”

21/09/2023 16:18

Yevlax görüşündə müzakirə olunan məsələlər açıqlandı – RƏSMİ

21/09/2023 16:12

Rusiya benzin və dizel ixracını məhdudlaşdırdı

21/09/2023 16:07

“Muğanbank” 40-a yaxın işçisini ixtisar edib

21/09/2023 15:48

Bu xəstəliyə məruz qalanların sayı 135 MİLYONA ÇATACAQ – Həkimdən ŞOK AÇIQLAMA

21/09/2023 15:40

Düşmənçilik etdiyi şəxsi küçədə gördü, belə güllələdi – ANBAAN VİDEO

21/09/2023 15:16

Ağır qəza – ÇOX SAYDA YARALI VAR

21/09/2023 15:08

16 nəfərin ölümünə səbəb olan sürücüyə AĞIR CƏZA

21/09/2023 14:58

“Mənə dedi ki, sənin qarşını kəsənin qulağını buraram”

21/09/2023 14:42

Sosial media fenomeni evində ölü tapıldı

21/09/2023 14:41

Fransa telekanalında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən danışılıb – FOTO

21/09/2023 14:34

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.