Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxslərdən biri həbs edilib, digəri cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib. O deyib ki, yanvarın 3-də iki nəfərin Milli Konservatoriyanın qarşısında bəstəkar Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər araşdırılıb:
“Qeyd olunan əməli törətmiş 21 yaşlı Elvin İsmayılov və 17 yaşlı C.F (şərti) müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı Elvin İsmayılovun yanvarın 1-də sərxoş vəziyyətdə tanışı C.F ilə zarafat etmək məqsədilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib. Faktla bağlı hər iki şəxs barəsində inzibati protokol tərtib edilib. C.F cərimə, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub”.