Rusiya Müdafiə Nazirliyi Ukraynada atəşkəslə bağlı açıqlama verib.
Medianews.az bildirir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir ki, “Ukraynanın bütün təmas xətti boyunca 6 yanvar saat 12:00-dan 7 yanvar saat 24:00-a qədər atəşkəs elan edilib”.
Nazirliyin açıqlamasında o da bildirilib ki, rus əsgərləri atəşkəsə əməl etsələr də, Ukraynada rusların yaşadığı bölgələri və hərbi mövqeləri bombalamağa davam ediblər.
Ukrayna atəşkəs bəyannaməsini qəbul etmədiyini bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın atəşkəsdən pərdə kimi istifadə edəcəyini bildirib və “Bununla cəbhəyə daha çox əsgər və sursat göndərəcəklər” deyib.