Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Dövlət orqanlarında çalışmaq istəyənlərin nəzərinə

Mehin
06/01/2023 10:52
62
BAXIŞ
FacebookTwitterTelegram

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gündən 12 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elanı verilib.

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 18-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

– vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

– “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

– Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;

-Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 6-sı saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir. Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi (9 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə, ümumi müsahibəyə çıxarılmış 36 vakant vəzifənin 7-si inzibati vəzifələrin dördüncü təsnifatına, 15-i beşinci təsnifatına, 7-si altıncı təsnifatına, 7-si yeddinci təsnifatına aiddir.

DAHA ÇOX OXU

Ölkə

ATƏT-in Baş katibi səfirliyə silahlı hücumdan yazdı

28/01/2023 17:40
1-MANŞET

İlham Əliyev: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

28/01/2023 16:47
Ölkə

İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanıldı

28/01/2023 15:39
Ölkə

Bakı səfirlik əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

28/01/2023 15:31
Ölkə

Ötən il uşaqlar arasında ən çox bu xəstəlik aşkarlanıb

28/01/2023 15:27
Ölkə

Azərbaycan səfiri İran XİN başçısına “bu, terror aktıdır” dedi: “Nəticələri gözləyirik”

28/01/2023 15:12
SON XƏBƏR

Naxçıvanda müşavirə keçirilir - TƏCİLİ

Vasif Talıbovun şirkəti əlindən alındı: Bakıdan rəhbər göndərilir - YENİLƏNİB

FHN: Ötən sutka 20 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Xəbər lenti

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Tanınmış polkovnik Naxçıvana polis rəisi təyin olundu- FOTO

28/01/2023 21:28

Əməkdar artist Dilarə Əliyevanın “Toppuş bacı” ilə SON YAZIŞMASI – FOTO

28/01/2023 18:00

ATƏT-in Baş katibi səfirliyə silahlı hücumdan yazdı

28/01/2023 17:40

Kök və arıq adamlar – kim daha çox ömür sürür? – MARAQLI YAPON TƏDQİQATI…

28/01/2023 17:19

Azərbaycanda daha 33 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

28/01/2023 16:57

“Putin fevral və ya martda…” – ŞOK İDDİA

28/01/2023 16:52

İlham Əliyev: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

28/01/2023 16:47

Mədəniyyət Nazirliyi ilə bağlı QƏRAR

28/01/2023 16:07

İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanıldı

28/01/2023 15:39

Bakı səfirlik əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

28/01/2023 15:31

Ötən il uşaqlar arasında ən çox bu xəstəlik aşkarlanıb

28/01/2023 15:27

Azərbaycan səfiri İran XİN başçısına “bu, terror aktıdır” dedi: “Nəticələri gözləyirik”

28/01/2023 15:12

Çinarə nişanlısı ilə toylarından danışdı

28/01/2023 14:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.