Ötən ildən etibarən Mədəniyyət Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülmək məqsədi ilə Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar başlamışdı.
Medianews.az xəbər verir ki, nazirliyin sözçüsü Nuridə Allahyarova mövzu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Azərbaycan Dövlət Kukla Teatrında yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb. Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.
Medianews.az